Qrup mərhələsinin bir addımlığında
Tarix: 05.08.2014 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Dünən Çempionlar Liqasında III təsnifat mərhələsində cavab oyunlarına start verilib. Azərbaycan çempionu “Qarabağ” bu gün meydana çıxacaq. Təmsilçimiz 1 həftə əvvəl Bakıda qarşılaşdığı Avstriya çempionu “Zalsburq”un qonağı olacaq.
Öz meydanında 2:1 hesablı qələbə qazanan “Qarabağ” səfərdə bu üstünlüyünü qorumağa çalışacaq. Lakin güclü rəqiblə matçda ağdamlıların işi asan olmayacaq. Çünki ilk oyunda qırmızı vərəqə alanlar - Admir Teli və Reynaldo bu dəfə komandaya kömək etməyəcək. Klublarımızın heyətində avrokuboklarda ən çox qol vuran futbolçu adının şəriki olan braziliyalının yoxluğu daha böyük itkidir. Onların yoxluğunda isə “Qarabağ” Bakıdakı kimi meydana 9 legionerlə çıxa bilməyəcək. Komandanın gücünü isə məhz əcnəbilər təşkil etdiyindən Ağdam klubunun işi xeyli çətindir. Qitənin ən nüfuzlu klub turnirində III təsnifat mərhələsini adlayan ilk Azərbaycan klubu olmaq üçün “Qarabağ” uduzmamalıdır. Təmsilçimiz ən pis halda - minimal fərqlə uduzsa qol vurmalıdır. Çünki 2:3 və ya daha çox qollu minimal fərqli yenilgi çempionumuz üçün qrupa vəsiqəni təmin edir. Belə ki, mərhələ adlayıb pley-offa yüksəlməsi “Qarabağ” üçün qrup mərhələsində vəsiqə deməkdir. Artıq IV təsnifat mərhələsində məğlubiyyət də, qələbə də bunun üçün yetərli olacaq. Orada qələbə Çempionlar Liqasının, məğlubiyyət isə Avropa Liqasının qrupuna çıxmaq üçün kifayət edəcək. Zalsburqdakı məğlubiyyət isə təmsilçimizi 2-ci dərəcəli klub turnirinin pley-offuna göndərəcək.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
15.01.2019
“Barselona” ötən il futbolçulara 562 milyon avro pul ödəyib
15.01.2019
Unai Emeri Məsut Özildən imtina edib
15.01.2019
Gimnastika Federasiyası ilin ilk dünya kuboku yarışlarına hazırlaşır
14.01.2019
Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info