Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi bəyanat yayıb
Tarix: 05.08.2014 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimini pozulması ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd edilir ki, Ermənistan silhalı qüvvələrinin atəşkəs rejimini pozması rəsmi Yerevanın işğalçılıq siyasətinə sadiq qaldığını nümayiş etdirdi: “Son 3 ildə Ermənistanın atəşkəs rejimini pozması xronikası göstərir ki, rəsmi Yerevan Qarabağ nizamlanması müstəvisində aparılan danışıqların həlledici mərhələlərində təmas xəttində təxribatlar törətməklə sülh təşəbbüslərinin uğurla nəticələnməsinin qarşısının alınması siyasətini yeridir. Son günlər Ermənistan ordusu tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqelərinə çox saylı insan tələfatı ilə nəticələnən bir neçə istiqamətdə hücumların edilməsi növbəti dəfə rəsmi Yerevanın var gücü ilə, bütün mümkün vasitələrlə sülh təşəbbüslərinin müharibə çağrışları və ritorikası ilə əvəzlənməsinə, tərəflər arasında inam və etimadın yaradılması ilə bağlı addımların uğursuzluğa düçar olmasına çalışdığını göstərdi. Rəsmi Yerevanın bu siyasəti nəticəsində hər iki tərəfdə sülh təşəbbüslərinə inam azalmaqdadır və əksinə qarşıdurmanın artmasına çalışan qüvvələrin mövqeləri güclənməkdədir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsi, müharibə əhval-ruhiyyəsinin güclənməsinin məsuliyyəti bütünlükdə Ermənistanın indiki rəhbərliyinin üzərinə düşür. Eyni zamanda beynəlxalq birlik tərəfindən Ermənistanın dinc nizamlama siyasətinə sadiq qalması BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələrinə Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyasının 1416 (2005) saylı qətaməsinə və digər beynəlxalq təşkilatların Qarabağ nizamlanması ilə bağlı qəbul etdikləri sənədlərin tələblərinə əməl etməsi üçün rəsmi Yerevana qarşı sanksiyalar tətbiq olunması məsələsi gündəliyə gətirilməlidir. Beynəlxalq təşkilatlar, BMT, Avropa Birliyi, Avropa Parlamenti, Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası, ATƏT, ATƏT Parlament Assambleyası Ukrayna timsalında olduğu kimi qətiyyətli olmalı, belə həssas məqamda nəhayət ki, ikili standartlar siyasətini arxa plana keçirərək, sülh maraqlarını əsas tutaraq öz məsuliyyətsiz siyasəti ilə çoxsaylı insan tələfatına rəvac verən, Qarabağ nizamlanması ilə bağlı diplomatik təşəbbüslərin nəticəsiz qalmasına nail olan Ermənistan rəhbərliyinə, qondarma “Dağlıq Qarabağ Respublikasının” da “rəsmilərinə” sanksiaylar tətbiq olunmalı, onlar rəsmən terrorçu elan edilməlidir. Beynəlxalq təşkilatlar, beynəlxalq hüquq müdafiə təşkilatları, ABŞ, Avropa Birliyi ölkələrinin vətəndaş cəmiyyəti Ermənistan rəhbərliyinin provakativ addımları nəticəsində çox saylı insanların həlak olması faktına laqeyd yanaşmamalı, gələcəkdə bu cür hadisələrin təkrarlanması üçün rəsmi Yerevanın məsuliyyəti məsələsini gündəliyə gətirməlidirlər. Azərbaycan vətəndaş cəmiyyəti adından beynəlxalq birliyi, beynəlxalq hüquq müdafiə təşkilatlarını, beynəlxaq vasitəçiləri işğalçı Ermənistan Respublikasına qarşı sanksiyalar məsələsini gündəliyə gətirməyə, rəsmi Yerevana beynəlxaq birliyin sülh təşəbbüslərini dəstəklədiyini qətiyyətli şəkildə müdafiə etməsi ilə bağlı açıq mesaj verməyə çağırırıq”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info