Gürcüstan azərbaycanlıları Ermənistana sanksiyalar tətbiq edilməsini tələb edirlər
Tarix: 06.08.2014 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


“Son günlər Azərbaycan və Ermənistanın qoşunlarının təmas xəttində vəziyyətinin gərginləşməsi Gürcüstan azərbaycanlılarını olduqca narahat edir. ATƏT-in Minsk qrupunun həmsədrləri, üzv olan ölkələr, eləcə də vasitəçilik missiyasını daşıyanlar bu məsələ ilə bağlı təcili olaraq kəskin münasibətini bildirməlidirlər”.
Bu bəyanatla Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri Fazil Həsənov çıxış edib.
F.Həsənov daha sonra bəyanatında bildirib ki, bu gərgin vəziyyət, cəbhə bölgəsində səngərdə dayanmış əsgərlər arasında deyil, eyni zamanda Azərbaycanın dinc vətəndaşların da həlak olmasına səbəb olur: “Bu isə atəşkəs dövründə riayət olunan bütün beynəlxalq prinsip və qaydaların pozulması, beynəlxalq sülh quruculuğu prosesinə ciddi təhlükə deməkdir. BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi dörd qətnamənin tələblərinə əməl olunmaması və beynəlxalq qurumların buna etinasız yanaşması işğalçı Ermənistanı təxribatlar törətməyə sövq edir”.
Sənəddə qeyd olunur ki, hərbi əməliyyatların işğal olunmuş Azərbaycan ərazilərində aparılması sülh prosesinə böyük maneədir və bu, beynəlxalq birlik tərəfindən bu ölkəyə müvafiq sanksiyalarının tətbiq edilməsi üçün əsas verir: “Biz, Gürcüstanda yaşayan azərbaycanlılar birmənalı olaraq işğal olunmuş ərazilərin qeyri-şərtsiz boşaldılmasına, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal etdikləri torpaqlarından çıxarılmasına, dünya ictimayyətinin və beynəlxalq birliyin münasibətində ikili standart prinsipindən əl çəkməsini bəyan edirik”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info