İslam İnkişaf Bankı Azərbaycanda islam bankçılığının dəstəklənməsi proqramını təsdiqləyib
Tarix: 06.08.2014 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


İslam İnkişaf Bankı (İİB) islam bankçılığı sahəsində ölkənin qanunvericilik bazasına əlavə və dəyişikliklər edilməsi layihəsinin hazırlanmasında Azərbaycan hökumətinə texniki kömək göstərilməsi proqramını təsdiqləyib. Bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam Bankçılığı Departamentinin direktoru Bəhnam Qurbanzadə bildirib.
O, qeyd edib ki, texniki yardım göstərilməsi haqqında müqavilə hazırkı mərhələdə ölkənin Nazirlər Kabineti və İslam İnkişaf Bankı ilə razılaşdırılma mərhələsindədir.
Bundan başqa, B.Qurbanzadənin sözlərinə görə, ölkənin bank qanunvericiliyində əlavə və dəyişikliklər edilməsinə də ehtiyac var: "Bu dəyişikliklər olmadan xarici maliyyə bazarı ilə çalışmaq son dərəcə çətin olacaq".
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı islam bankçılığı çərçivəsində xidmətlərin göstərilməsinə ötən ilin aprelindən başlayıb. Bu gün islam maliyyələşdirməsi çərçivəsində aktivlərin ümumi həcmi 180 milyon dollar təşkil edir. ABB-nin İslam Bankçılığı Departamenti korporativ müştərilərə və fiziki şəxslərə xidmətlər göstərir. Bank tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi sahəsində fəal iş aparılır. ABB mütəxəssislərinin və bir sıra nazirlik və dövlət təşkilatlarının nümayəndələrinin daxil olduqları işçi qrupu Azərbaycanda islam bankçılığının tənzimlənməsi üçün təkliflər paketi hazırlayır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info