Güləşçilərimizdən ermənilər üzərində parlaq qələbə
Tarix: 06.08.2014 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Azərbaycanın gənc güləşçiləri Dünya Çempionatının ilk günündə ermənilər üzərində parlaq qələbə qazanıblar.
Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən verilən məlumata görə, Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya Çempionatı start götürüb.
Çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. İlk yarış günündə 3 güləşçimiz qızıl medal qazanıb.
50 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Nurullayev ilk görüşdə erməni rəqibini tam üstünlüklə məğlub edib. Ardınca Koreya və Qazaxıstan təmsilçilərinə qalib gələn İbrahim finala yüksəlib. Finalda güləşçimiz Ukrayna təmsilçisini məğlub edərək qızıl medala sahib olub.
60 kq-da Elman Muxtarov da finala qədərə inamla güləşib. Qırğızıstan, Belarus, Finlandiya və Fransa güləşçiləri üzərində qələbə qazanan təmsilçimiz finala yüksəlib. Finalda onun rəqibi erməni güləşçisi olub. Gərgin keçən qarşılaşmada düzgün taktika seçən güləşçimiz qalib gəlib və qızıl medala sahib olub.
96 kq çəki dərəcəsində Orxan Nuriyev mübarizəyə Çin təmsilçisi üzərində qələbə ilə başlayıb. Ardınca Polşa, Bolqarıstan və Norveç güləşçilərini də məğlub edən təmsilçimiz finala yüksəlib. Orxan Nuriyev finalda Koreya idmançısı ilə görüşdən də qalib ayrılıb və qızıl medala sahib olub.
50 kq
1/8 final - İbrahim Nurullayev - Slavik Qalstyan (ARM) 8:0
1/4 final - İbrahim Nurullayev - Kim Juhyeon (KOR) 7:0
1/2 final - İbrahim Nurullayev - Kanaqat Akilbek (KAZ) 11:2
FİNAL - Oleksey Jabskiy (UKR) - İbrahim Nurullayev 2:9
60 kq
1/16 final - Elman Muxtarov - Kali Sulaymanov (KGZ) 10:2
1/8 final - Elman Muxtarov - Yahor Beliak (BLR) 7:1
1/4 final - Lauri Mahonen (FİN) - Elman Muxtarov 0:9
1/2 final - Yacin Ozay (FRA) - Elman Muxtarov 2:8
FİNAL - Elman Muxtarov - Karen Aslayan (ARM) 4:1
74 kq
1/16 final - Sənan Əlimirzəyev - Gela Bolkvadze (GEO) 1:2
96 kq
1/16 final - Abudurexiti Alimujiang (CHN) - Orxan Nuriyev 0:4
1/8 final - Orxan Nuriyev - Aleksander Kroczak (POL) 9:1
1/4 final - Orxan Nuriyev - Yevgeni Gançev (BUL) 4:0
1/2 final - Feliks Baldauf (NOR) - Orxan Nuriyev 4:8
FİNAL - Kim Seungjun (KOR) - Orxan Nuriyev 0:2
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info