Saakaşviliyə qarşı əlavə ittihamlar irəli sürüləcək
Tarix: 06.08.2014 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Gürcüstanın Ədliyyə Nazirliyi ölkənin keçmiş prezidenti Mixail Saakaşvili barəsində korrupsiya ittihamı da daxil olmaqla əlavə 6 və ya 7 ittiham irəli sürməyə hazırlaşır.
Bu barədə “Kommersant” Gürcüstanın Ədliyyə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Gürcüstan Baş Prokurorluğu ötən gün yaydığı bəyanatda ölkə hüdudlarından kənarda olan Saakaşviliyə qarşı irəli sürülən yeni ittihamın detallarını açıqlayıb. Sabiq prezident barəsində başlanan yeni cinayət işi 2005-ci ilin yayında Gürcüstan parlamentinin deputatı Valeri Qelaşvilinin döyülməsinin təşkili ilə bağlıdır.
Qeyd edək ki, iyulun 28-də Gürcüstan Baş Prokurorluğu Saakaşvili barəsində cinayət işinin başlandığını elan edib. İyulun 29-da isə sabiq dövlət başçısına 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıdılması, “İmedi” telekanalını viran etmə və bu telekanalın təsisçisi Badri Patarkatsişvilinin mülkiyyətinin əlindən alınması ilə bağlı iş üzrə vəzifə səlahiyyətlərini aşmaqda qiyabi olaraq ittiham irəli sürülüb.
Mixail Saakaşvili 2013-cü ilin noyabrında yeni prezidentin inauqurasiyasından sonra ölkəni tərk edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info