İctimai nəqliyyatda kart-ödəniş sisteminin tətbiqi ilin sonunadək yekunlaşacaq
Tarix: 06.08.2014 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Paytaxtın ictimai nəqliyyatında kart-ödəniş sisteminin tətbiqinin ləng getməsinin bir sıra obyektiv və subyektiv səbəbləri var. Hazırda 1000-dən çox avtobusda validator quraşdırılıb və proses davam edir. (AzərTAc)
Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib ki, prosesin ləng getməsinin səbəblərindən biri validatorların gətirilməsi ilə bağlıdır. Validatorlar Türkiyədən alınır və onların avtobuslara quraşdırılması vaxt tələb edir. “Digər tərəfdən istismar müddəti başa çatan avtobuslar xətdən çıxarılır. Avtobusların yenilənməsi ilə sahibkarlar məşğul olduğu üçün bu da müəyyən problemlər yaradır. Bununla belə, kart-ödəniş sisteminin tam tətbiqini bu ilin sonunadək yekunlaşdıracağıq”, - deyə N.Həsənov qeyd edib.
Ləngimənin digər bir səbəbi sərnişinlərin özləri ilə bağlıdır. Belə ki, satışa milyondan artıq kart çıxarılsa da, indiyədək təxminən 200 mini alınıb. Hazırda sərnişinlərin kart-ödəniş sisteminə marağını artırmaq üçün təbliğat işləri davam etdirilir.
Avtobus sürücülərinin kart-ödəniş sisteminin tətbiqinə biganə yanaşdıqlarını deyən N.Həsənov qeyd edib ki, bəzi sürücülər kartı olan sərnişindən gediş haqqını nağd ödəməsini tələb edirlər. Heç bir sürücünün buna haqqı yoxdur. Bu barədə Nəqliyyat Nazirliyinə də məlumatlar daxil olur. Sahibkarlara bununla bağlı müvafiq xəbərdarlıq edilib. Sərnişinlərə isə tövsiyə olunur ki, belə hallarla rastlaşdıqda Nəqliyyat Nazirliyinin 431-74-37, 561-76-28 (29), Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin “141” nömrəli telefonlarına, eyni zamanda, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə, “Bakı Sərnişin Nəqliyyatı” MMC-yə müraciət etsinlər.
Nazirliyin mətbuat katibi əlavə edib ki, bu sistem yeni olduğundan ortaya müəyyən problemlərin çıxması təbiidir və buna dözümlü yanaşmaq lazımdır.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info