Dənizkənarı Milli Parkda mütəmadi olaraq dezinfeksiya işləri görüləcək
Tarix: 06.08.2014 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Bakının Dənizkənarı Milli Parkında infeksion xəstəliklərin yayılmasına qarşı ciddi tədbirlər görülür. Bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.
Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq bu il bütün iaşə obyektləri, attraksionlar, karusellər, oturacaqlar, yaşıllıq sahələri, sahil boyu məhəccərlər, eləcə də yaşıllıqlar dezinfeksiya olunub: "Bu miqyasda işlər ilk dəfədir ki, görülür. Bu işlər profilaktik xarakterlidir və hər hansı ciddi zərurətdən irəli gəlmir. Dünyanın bir çox yerində müəyyən xəstəliklərin yayılması müşahidə olunur. Bizim Milli Parkımız nəinki Azərbaycan vətəndaşların, eləcə də ölkəmizə gələn qonaqların, turistlərin ən çox sevdiyi, istirahət etdiyi məkanlardan biridir. Ona görə də biz də çalışırıq ki, insanların rahatlığı, yüksək səviyyədə istirahəti üçün daha çox zəmin, daha yaxşı şərait yaransın".
N.Məcidov qeyd edib ki, dezinfeksiya işləri yay mövsümü ərzində hər 15 gündən bir aparılacaq. Çünki istifadə edilən dərman preparatlarının təsir müddəti 15 gündür. Qış mövsümündə isə bu işlər 1-2 aydan bir aparılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info