Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi avqustun 8-dən 13-dək aparılacaq
Tarix: 06.08.2014 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi avqustun 8-dən 13-dək həyata keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə ixtisas seçimində ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmiş və topladığı ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (XI sinif) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri və digər zəruri məlumatlar "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub. TQDK ixtisas seçimində iştirak edəcək abituriyentlərə kömək məqsədi ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tam orta təhsil (XI sinif) bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına 2013-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını dərc edərək onların istifadəsinə verib.
Qeyd edək ki, ixtisas seçimi zamanı tələb olunan ödəmə kartını əldə etmək üçün bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərmək lazımdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info