Beynəlxalq maliyyə qurumlarının 50-dən artıq nümayəndəsi Bakıdadır
Tarix: 06.08.2014 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Bakıda Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (İADİ) Asiya-Sakit Okean Regional Komitəsinin “Risk əsaslı sığorta haqqı sisteminin tətbiqi” mövzusuna həsr olunmuş Texniki Seminarı və Avrasiya Regional Komitəsinin (EARC) VII illik toplantısı keçirilir. İki gün davam edəcək tədbirdə əsasən ABŞ, Asiya, Avropa və MDB ölkələrindən olmaqla depozitlərin sığortalanması fondları, mərkəzi banklar və beynəlxalq maliyyə qurumlarının 50-dən artıq nümayəndəsi iştirak edir.
Tədbirin əsas məqsədi risk əsaslı sığorta haqqı sisteminə keçid ərəfəsində olan ölkələrə texniki dəstəyin göstərilməsi, bank risklərinin kəmiyyət və keyfiyyət göstəriciləri üzrə qiymətləndirilməsi, bankların zəif və güclü tərəflərinin, risklərinin müəyyən edilməsi metodları, habelə bankların reytinq sisteminə əsasən risk qruplarına bölünməsi metodologiyası barədə beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsi və iştirakçılar arasında geniş təcrübə mübadiləsidir. Seminarda çıxış edən Asiya-Sakit Okean Regional Komitəsinin sədri Hiroyuki Obata, ABŞ-ın Federal Depozit Sığorta Korporasiyasının baş maliyyə iqtisadçısı Jozef Colantuoni və digərləri ölkələrində tətbiq olunan risk əsaslı sığorta haqqı sistemi barədə ətraflı məlumat verib.
Mərkəzi Bankın baş direktoru Rəşad Orucov isə qeyd edib ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun mandatı genişlənməlidir. Əmanətlərin sığortalanması sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üçün hüquqi bazanın yaradılması üzərində iş getdiyini deyən R.Orucov hesab edir ki, bu və ya digər bankda risk səviyyəsindən asılı olaraq əmanətlərin sığortalanmasına görə ödənişin hesablanmasının optimal metodunun seçilməsi əsas məsələlərdəndir.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov öz növbəsində bildirib ki, risk əsaslı sığorta haqqı sistemini tətbiq edən ölkələrdə banklar ən az itki ilə çıxır. O, bu sistemi banklara düzgün yanaşma adlandırır: “Yəni, hansı bank daha çox risk edirsə, o qədər də ödəniş etməlidir. Eyni zamanda, risk sisteminin tətbiqi fonda əvvəlcədən hansısa bankın riskə məruz qalacağını müəyyənləşdirməyə imkan verir və fond risk faktorunu azaltmaq üçün Mərkəzi Bankla birgə tədbirlər görür”. A.Cavadov əlavə edib ki, seminarda sistemin tətbiqi ilə bağlı problemlər, qanunvericilik bazası və digər məsələlərlə bağlı mütəxəssislər arasında müzakirələr gedəcək. “Keçən ildən biz bu sistemlə bağlı araşdırmalar aparırıq. Bu gün də məqsədimiz dünyada bu sistemi tətbiq edən ölkələr bunu necə edir, qanunvericilik bazası necə yaradılır və bu gün tətbiq etdikdə hansı problemlər yaranır və o problemləri onlar necə həll edirlər-bu gün biz bunların üzərində çalışırıq. Əlbəttə ki, bununla bağlı qanunvericilik bazası olmalıdır. Biz qanunvericilik bazasına dəyişiklik üzərində işləyirik”, - deyə A.Cavadov qeyd edib. Onun sözlərinə görə, hazırda qanunvericiliyin hazırlanması ilə bağlı Mərkəzi Bankla müzakirələr gedir: “Daha sonra Fondun Müşahidə Şurasında müzakirələr olacaq. Aidiyyatı orqanlarla razılaşdırdıqdan sonra layihə Milli Məclisə göndəriləcək”.
Qeyd edək ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu 2012-ci ilin oktyabr ayından etibarən İADİ-nin Avrasiya Regional Komitəsinə sədrlik edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info