Mobil nömrələrin sənədləşdirilməsi “Elektron hökumət” portalı vasitəsilə aparılacaq
Tarix: 06.08.2014 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Azərbaycanda yeni satılan mobil nömrələrin düzgün sənədləşdirilməsi üçün mobil operatorlara mərkəzləşmiş qaydada “Elektron hökumət” portalı üzərindən müvafiq servisin verilməsi və yeni nömrələrin sənədləşdirilməsi prosesinin həmin servis vasitəsilə aparıla bilər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, hazırda mobil nömrələrin satışı və sənədləşdirilməsi prosesi pərakəndə şəkildə aparıldığından və yeni satılan nömrələrin sənədləşməsi zamanı abunəçiyə aid məlumatlar sistemə əl ilə daxil edildiyindən tez-tez qeyri-dəqiqliyə yol verilir və vətəndaşların şəxsiyyət vəsiqələrindəki məlumatlarla mobil operatorların abunəçi bazalarındakı məlumatlar arasında uyğunsuzluqlar yaranır. Bu isə hüquq-mühafizə orqanlarının işində, müxtəlif sənədləşmələrin aparılmasında və s. bir sıra problemlərə gətirib çıxarır. Qeyd olunan problemin birdəfəlik həll edilməsi məqsədi ilə, nazirliyin Məlumat Hesablama Mərkəzində (MHM) hər üç mobil operatorun nümayəndələri ilə birgə görüş keçirilib və qeyd olunan məsələnin detalları müzakirə edilib. Mərkəzdən verilən məlumata görə, ilkin olaraq müqavilə layihəsinin və texniki şərtlərin qısa müddətdə hazırlanması və birgə razılaşdırılması qərara alınıb. Layihə istismara verildikdən sonra abunəçinin şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kodu kompüterə daxil ediləcək və abunəçi barədə məlumatlar Daxili İşlər Nazirliyinin (DİN) məlumat bazasından avtomatik olaraq yoxlanılacaq. Portala daxilolma elektron imza vasitəsilə mümkün olduğundan, nömrələrin sistemə işlənməsi zamanı əməliyyatçının identifikasiyası, vətəndaşın pasport məlumatlarının DİN məlumat bazasına daxil olaraq onlayn rejimdə yoxlanılması mümkün olacaq. Nəticədə mobil abunəçi bazaları ilk andan düzgün formalaşdırılacaq, məlumatların bir dəfə daxil edilməsi prinsipi gözləniləcək, əməliyyatlar onlayn olaraq aidiyyəti dövlət qurumlarının serverlərində öz əksini tapacaqdır ki, aktivləşən mobil telefon nömrəsi informasiya sistemlərində həmin anda əks olunacaq. Eyni zamanda mobil operatorların abunəçi bazalarının dəqiq formalaşması bir sıra sənədləşmə (bank, alqı-satqı və s.) prosesləri zamanı yaranan problemləri aradan qaldırmış və interaktiv SMS xidmətlərin inkişafına daha da rəvac vermiş olacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info