“Ermənistan Rusiyaya qarşı sanksiyaların nəticələrini öz üzərində hiss edir”
Tarix: 06.08.2014 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Ermənistan hələ Avrasiya İqtisadi İttifaqına daxil olmasa da, artıq Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların nəticələrini öz üzərində hiss edir. Məlumata görə, bu barədə "news.am" saytı "Jovoxurd" qəzetinə istinadən yazıb.
Qəzet yazır: "Lap bu yaxınlarda Ermənistan XİN-in rəhbəri Edvard Nalbandyan Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və bu kontekstdə Ermənistanın Aİİ-yə daxil olması perspektivləri haqqında danışarkən bəyan edib: "Ermənistanın Aİİ-yə daxil olması ölkəmizin strateji maraqlarından və onun iqtisadi inkişafından irəli gəlir. Bizim bu struktura daxil olmağımızın vacibliyi şübhə altına qoyula bilməz". Bu gün, Avrasiya İttifaqına daxil olmamış Ermənistan artıq bilavasitə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticələrini hiss edir".
Rusiya iqtisadiyyatında tənəzzülün ilk simptomlarından biri bu ölkədən Ermənistana transferlərin azalmasıdır. Qəzet yazır: "Bizdə olan məlumata görə, əgər 2013-cü ilin ikinci rübündə Rusiyadan Ermənistana fiziki şəxslər tərəfindən 369,5 milyon dollar vəsait köçürülübsə, cari ilin eyni dövründə həmin göstərici 364,1 milyon dollar təşkil edir. Həm də təkcə 2013-cü iyununda Ermənistana 141 milyon dollardan artıq vəsait köçürülüb, bu ilin iyununda həmin rəqəm 134 milyon dollar olub".
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info