Gələcəkdə əmanətlər üzrə sığortalanma məbləğinin artırılması məsələsinə baxılacaq
Tarix: 06.08.2014 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Fiziki Şəxslərin Depozitlərinin Sığortalanması Fondu (ADIF) gələcəkdə hər bir əmanətin sığortalanma məbləğinin artırılması məsələsinə baxacaq. 2009-cu ildə bu məbləğ 30 min manat həcmində müəyyən edilmişdi.
Fondun icraçı direktoru Azad Cavadov jurnalistlərə bildirib ki, ölkə iqtisadiyyatının davamlı inkişafı, əhalinin ödəniş qabiliyyətinin yüksəlməsi ilə əlaqədar belə ehtimal mövcuddur ki, bu da ilk növbədə əhalinin banklardakı əmanətlərinə təsir edəcək: "Əgər dünya iqtisadi böhranı dövründə ADİF tərəfindən sığortalanma məbləği beş dəfə - 30 min manatadək artırılmışdısa, ötən dövr ərzində ölkə iqtisadiyyatında (hər nəfərə ÜDM-in artımı) müsbət dəyişikliklər müşahidə olunub. Ona görə də istisna olunmur ki, qanunvericilik aktlarında gələcəkdə ediləcək dəyişikliklərlə əlaqədar bu məsələ müzakirələrin gündəliyinə salınacaq". Fondun rəhbəri hesab edir ki, lakin ADİF-də sığortalanan əmanətlər üzrə faiz dərəcəsinin üst plankasında dəyişikliyə bu gün ehtiyac yoxdur. Bu il həmin dərəcə 10 faizdən doqquz faizədək aşağı salınıb.
Yeri gəlmişkən, fondun hazırladığı müvafiq təkliflər paketində fərdi sahibkarların depozitlərinin sığortalanmasının tətbiqi təklif olunur. Bu gün ADIF yalnız fiziki şəxslərin əmanətlərini sığortalayır. Fond rəhbərinin sözlərinə görə, ADIF genişlənməkdə davam edir. Hazırda fondun sığorta ehtiyatları 84,3 milyon manatdır. Fondun üzvü olan banklar 6 073 126 əmanətçiyə xidmət göstərir, onların 91 faizi (5 504 255 nəfər) sığortalanmış əmanətçilərdir. Kompensasiya edilən əmanətlərinin həcmi 1,931 milyard manatdır ki, bunun da 55 faizini sığortalanmış əmanətlər təşkil edir. 2014-cü ilin ikinci rübünün yekunlarına görə, ADİF-in üzvü olan banklarda fiziki şəxslərin əmanətlərinin ümumi həcmindən (6,335 milyard manat) 54,8 faizi (3,47 milyard manat) sığortalanıb, 45,2 faizi isə (2,87 milyard manat) sığortalanmayıb. Sığortalanmış əmanətlərin 62 faizi manatda, 34 faizi ABŞ dollarında və 4 faizi avroda yerləşdirilib. Fondun vəsaitləri üzrə illik gəlirlilik orta hesabla 4,34 faiz təşkil edir.
ADİF-in üzvü olan banklarda yerləşdirilən və illik faiz dərəcəsi 9 faizdən çox olan depozitlər fond tərəfindən sığortalanmır və onlar üçün kompensasiyaların ödənilməsi nəzərdə tutulmayıb. Əmanətçi öz əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir, sığorta ödənişləri yalnız bankların özləri tərəfindən həyata keçirilir. Qeyd edək ki, ADIF 2007-ci il avqustun 13-dən fəaliyyətə başlayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info