AMN: “Ermənilər artıq bilmirlər ki, ölən və yaralananları necə və harada gizlətsinlər”
Tarix: 06.08.2014 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


"Erməni tərəfinin xeyli itkiləri var. Biz şübhəsiz ki, onları saymır, statistikasını heç vaxt aparmırıq. Çünki bu barədə ən dəqiq məlumatı onların özləri bilir, özləri də statistikasını aparırlar. Yəqin ermənilərin itkiləri o qədər çoxdur ki, artıq onun statistikasını da apara bilmirlər. Onlar artıq bilmirlər ki, ölən və yaralananlarının olduğunu necə və harada gizlətsinlər, faktları necə ört-basdır etsinlər. Ona görə də məcburdurlar ki, heç bir əsası olmayan bəyanatlarla çıxış etsinlər". Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədə yaranmış son gərginliyə görə məsuliyyətin Azərbaycan hərbi-siyası rəhbərliyinin üzərinə düşməsi və guya Azərbaycan Ordusunun itkilərinin göstəriləndən 8-9 dəfə çox olması haqqında ittihamları ilə bağlı “Trend”in sorğusuna cavabında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bəyan edib.
V.Dərgahlı Azərbaycanın Müdafiə Nazirliyi adından bir daha bəyan edib ki, son günlər cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistanın, daha doğrusu Yerevanın hərbi-siyasi rejiminin üzərinə düşür: "Çünki həm Dağlıq Qarabağ ərazisində, həm Azərbaycan-Ermənistan sərhədi boyu yerləşdirilmiş Ermənistanın işğalçı silahlı qüvvələri daim Azərbaycanın mülki əhalisini, yaşayış məntəqələrini atəşə məruz qoyur. Mülki əhali arasında yaralananlar və itkilər olur. Bundan əlavə, Ermənistanın kəşfiyyat-təxribat qrupları Azərbaycanın cəbhənin ön xətlərində yerləşən postlarına hücum etməyə cəhdlər göstərirlər. Hər dəfə də hücum edərkən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əvvəlcədən aşkar edilir, qarşısı alınır və geri çəkilməyə məcbur edilir. İyulun 31-dən etibarən başlamış son gərginlik dövründə isə Azərbaycan Ordusu 13 şəhid verib və onların hər biri də müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən təltif olunub".
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Ermənistan tərəfindən belə bəyanatlarla yalnız müdafiə nazirinin çıxış edərək canfəşanlıq etməsi böyük maraq doğurur: "Çünki bu hadisələrin hamısı məhz onun günahları ucbatındandır. Ona görə də məsuliyyəti digərlərinin, konkret olaraq Azərbaycan tərəfinin üzərinə atmaq istəyir. Bununla özünə bəraət qazandırmağa çalışır. Amma nəticədə özü öz sayıqlamalarının içində boğulur. Çünki bütün bunlar onun öz səhvidir və buna görə öz milləti qarşısında cavab verməlidir. Bu cinayətkarın Xocalı faciəsində, 90-cı illərin əvvəllərində baş vermiş qanlı olaylar vaxtı azərbaycanlıların qanına bulaşmış əlləri əvvəl-axır elə onun özünü çirkabda batıracaq, sonuna çıxacaq".
Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü hesab edir ki, məsələyə beynəlxalq ictimaiyyət dərhal reaksiya verməli və işğalçını öz adı ilə bəyan etməlidir: "İşğalçı indinin işğalçısı deyil. Artıq neçə illərdir ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Məhz Azərbaycanın ərazi bütövlüyünə qəsd olunub, dünya tərəfindən tanınmış sərhədləri təcavüzə məruz qalıb. Beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti bu məsələyə qarışmalı və işğalçının kimliyini açıq-aydın bəyan etməlidir".
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan keçirdiyi mətbuat konfransında son günlər cəbhədə tökülmüş qanlara görə məsuliyyətin Azərbaycanın hərbi-siyası rəhbərliyinin üzərinə düşdüyünü, eləcə də Azərbaycan Ordusunun itkilərinin göstəriləndən 8-9 dəfə çox olduğunu deyib.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info