“Beynəlxalq qurumlar təcili şəkildə işğalçı Ermənistanı sərt cəzalandırmalıdırlar”
Tarix: 06.08.2014 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi tərəfindən cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin təxribat cəhdləri ilə əlaqədar olaraq beynəlxalq qurumlara bəyanat ünvanlanıb. Bəyanatda bildirilir: “Azərbaycanın 20 faizdən artıq torpaqlarını öz havadarlarının yaxından köməyi ilə işğal edən Ermənistan dövləti 1994-cü ildən imzalanmış atəşkəs rejimini son günlərdə yenidən pozmaqdadır. Bu proses əslində atəşkəs zamanı dəfələrlə təkrarlanıb. Həmişə də ermənilərin təqsiri üzündən. Son günlərdə isə Ermənistan Silahlı Qüvvələri işğal altında saxladıqları ərazilərimizdən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın etmiş və 10-dan artıq Azərbaycan əsgərini şəhid ediblər. Bu cür aqressiya isə Ermənistanın münaqişənin sülh yolu ilə tənzimlənməsində və ədalətli həllini tapmasında qətiyyən maraqlı olmadığını göstərir. Ermənistanın bu cür dəyişməz aqressiv xarakteri ümumiyyətlə, bütün Qafqaz və region üçün ciddi təhlükə mənbəyidir. Bu aqressiyaya həm də beynəlxalq qurumların laqeyd mövqeyi, bəzilərinin də ikili standartları rəvac verir. Məsələn, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə baxmayaraq, 20 ildən artıq müddətdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və əlavə 7 rayonumuzu işğalda saxlayan Ermənistanın bu destruktiv və diversiya xarakterli davranışları, təcavüzkar əməlləri son günlər cəbhə xəttində gərginliyi daha da yüksəldib. Müharibə və insan ölümü riskləri artıb. Bu təhlükəli situasiyanın yaranmasında təcavüzkar İrəvandan başqa, həm də münaqişənin ədalətli həllinə laqeyd yanaşan BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq və regional qurumlar, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya, Fransa məsuliyyət daşıyırlar. Bütün bu beynəlxalq qurumların və ölkələrin Azərbaycan torpaqlarının işğalına, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün yaranmasına, Xocalı soyqırımı və digər qırğınlara, itkilərə məruz qalmamıza, tarixi abidələrimizin, işğal altındakı ölkələrdə mədəni və maddi irsimizin məhv edilməsinə laqeyd yanaşmaları və baş verən son olaylarda da bu laqeydliyi və ikili standartları davam etdirmələri Azərbaycan cəmiyyətini və vətəndaş cəmiyyəti institutlarını olduqca hiddətləndirib.
Biz beynəlxalq qurumlardan işğala məruz qalan və zərər çəkən, ədalətli mövqe və həll yolunu tələb edən Azərbaycan Respublikasına münasibətdə ədalətli və qəti olmalarını tələb edirik. Beynəlxalq qurumlar təcili şəkildə işğalçı Ermənistanı sərt cəzalandırmalı və ona qarşı sanksiyalar tətbiq olunması barədə qərarlar qəbul etməlidirlər”.






 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info