“Xavi İspaniya millisi üçün məşqçidən də vacib idi”
Tarix: 06.08.2014 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


İspaniya futbolunun ulduzu Xavi Ernandles bir daha millinin formasını geyinməyəcək. Bu barədə futbolçu özü açıqlama verib. Futbolçu azarkeşlərə təşəkkür edib: “Mən beynəlxalq futbol karyerama son qoymaq qərarına gəlmişəm.
Bu illər ərzində məni dəstəkləyənlərə minnətdaram. Keçirilən illərə görə minnətdaram. Bu doğrudan da fantastik illər idi”. Xavi “Barselona”da qalmaq qərarına da aydınlıq gətirib: “Ötən mövsüm mənim üçün yaxşı olmadı. Mən “Barsa”da və millidə ehtiyat oyunçular skamyasında oturanda, özümü faydasız hesab edirdim. Buna görə də yenilik axtarışında harasa getmək qərarına gəldim. Amma bu qərar tələsik qərar idi. Andonio Subisaretta və xüsusilə də baş məşqçi Luis Enrike ilə söhbətdən sonra qərarımı dəyişdim. Luis Enrike bu məsələdə həlledici şəxsdir. Biz açıq söhbət etdik. Mənim digər futbolçular kimi eyni şansım var və sıfırdan başlayıram”. İspaniya millisinin baş məşqçisi Visente del Boske Xavinin yığmanı tərk etməsinə münasibət bildirib. Mütəxəssis komandanın unikal futbolçunu itirdiyini qeyd edib. Del Boske Xaviya əvəz tapmağın çox çətin olacağını vurğulayıb: “Xavi komandanın aparıcı oyunçusu idi, onun oyun stilini müəyyən edirdi. Onun həm meydanda, həm də soyunub-geyinmə otağındakı yeri görünəcək. Biz hamımız hesab edirik ki, Xavi milli üçün baş məşqçidən də vacib idi”. 2000-ci ildən İspaniya millisində oynayan Xavi 132 oyunda 13 qol vurub.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Çelsi“ nin məşqçilik postuna namizədlər
21.02.2019
UEFA Avropa Liqasının ilk səkkizdəbir finalçısı məlum olub
20.02.2019
UEFA Çempionlar Liqası: “Atletiko Madrid” yoxsa, “Yuventus”
19.02.2019
İngiltərə kuboku: “Mançester Yunayted” “Çelsi”ni mübarizədən kənarlaşdırıb
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info