“Ermənistan Azərbaycanı adekvat tədbirlər görməyə vadar edir”
Tarix: 07.08.2014 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


İsrailin “Birinci radio” radiostansiyasının ölkə sakinləri arasında çox populyar olan “Günün hadisələri” verilişində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son hadisələr şərh edilib. “Birinci radio”nun daimi şərhçisi, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut İsrail radiosunun tanınmış aparıcısı Mark Kriçevskinin Ermənistan ordusu tərəfindən bütün cəbhə xətti boyunca atəşkəs rejiminin pozulmasının səbəbləri haqqında suallarını cavablandıraraq qeyd edib ki, Ermənistan ordusu tərəfindən bütün cəbhə xətti boyunca atəşkəs rejiminin pozulması ilə bağlı son hadisələr Azərbaycanı işğalçı qüvvələrə qarşı adekvat tədbirlər görməyə vadar edir.
İsrailli ekspert vurğulayıb: “Artıq 22 ildir ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunu və bu bölgəyə bitişik 7 rayonunu işğal altında saxlayır. İşğal nəticəsində ölkədə bir milyon qaçqın vardır. Rəsmi Bakı regionda mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq, Ermənistan isə başa düşməlidir ki, Azərbaycanın səbri tükənib, beynəlxalq hüquq normalarına görə Azərbaycan nəinki özünü müdafiə etmək, həm də Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərini azad etmək hüququna malikdir”.
Verilişin aparıcısı bu toqquşmaların real müharibəyə çevrilməsi perspektivləri barədə soruşanda Arye Qut vurğulayıb ki, Azərbaycan bu münaqişənin dinc yolla tənzimlənəcəyinə inanır və ümid edir. Arye Qut deyib: “Azərbaycan Ermənistanla dinc yanaşı yaşamağa hazırdır, lakin bunun müqabilində Azərbaycan ilk növbədə ölkənin işğal edilmiş rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılmasını, habelə azərbaycanlı qaçqınların öz doğma yurdlarına qaytarılmasını tələb edir. Bunun əvəzində rəsmi Bakı Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusu verməyə hazırdır, onun forması və dərəcəsi ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqlar prosesində razılaşdırılmalıdır. Təəssüf ki, bu münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupu hazırda praktiki olaraq fəaliyyət göstərmir, o, iflic vəziyyətindədir və Ermənistana ciddi təsir göstərməyə qabil deyil. Bununla əlaqədar, xatırlatmaq artıq olmaz ki, Azərbaycan öz torpaqlarının hərbi yolla qaytarılmasının mümkünlüyünü heç vaxt istisna etməyib”. İsrailli ekspert vurğulayıb ki, bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz və qeyd-şərtsiz lideridir. “Birinci radio”nun daimi şərhçisi deyib: “İqtisadi inkişafın sürəti baxımından Azərbaycan dünyada lider dövlətə çevrilib. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxu Azərbaycanın payına düşür. On il ərzində ölkəyə 100 milyard dollardan artıq sərmayə qoyulub. Azərbaycan sübut edib ki, o, regionun lider dövləti kimi tam bərqərar olub, onun iştirakı olmadan Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihə həyata keçirilə bilməz”. Digər tərəfdən, Arye Qutun sözlərinə görə, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Cənubi Qafqaz regionunda təcrid edilmiş Ermənistan Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən praktiki olaraq kənarda qalıb. Arye Qut deyib: “Mübahisəsiz faktdır ki, Ermənistan Cənubi Qafqazın ən asılı vəziyyətdə olan ölkəsidir. Ermənistanı aclıqdan xilas edən varlı erməni diasporu və bu məsələlərdə marağı olan ölkələrin sponsor yardımıdır. Ölkədə inkişaf üçün heç bir impuls yoxdur. Ermənistan əhalisinin sayı sürətlə azalmaqda davam edir. Çox ağır sosial-iqtisadi şərait üzündən sakinlər ölkəni tərk edir, Türkiyə və Rusiyada sığınacaq və iş axtarırlar”.
Arye Qut Ermənistanda vəziyyət barədə fikirlərini yekunlaşdıraraq vurğulayıb ki, rəsmi Bakı Ermənistanda yaranmış kədərli sosial-iqtisadi vəziyyəti, həmçinin Azərbaycanın mövcud geosiyasi və hərbi potensialını nəzərə alaraq Ermənistana sərt və güclü cavab vermək üçün zəruri imkan yaradıb.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”
20.02.2019
“Avropa İttifaqı Azərbaycana dəstək verməyə hazırdır”
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info