Ermənilər üsyan edir: “Biz nəyə və kimə görə gedib vuruşmalıyıq?”
Tarix: 07.08.2014 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Qraçya Qalustyan:
“Baş komandanımız Sərkisyan özündə cürət tapıb ön xəttə
gedə bilmir. Belə qorxağın prezident olduğu dövləti bundan da dəhşətli
bəlalar gözləyir”

Rusiyalı hərbi analitik Pavel Felhenhauer “Birinci İnformasiya”ya açıqlamasında son günlər Ermənistan ordusunun təmas xəttində atəşkəsi tez-tez pozması məsələsinə münasibət bildirib. Erməni saytına danışan ekspert atəşkəsin tez-tez pozulmasının genişmiqyaslı müharibəyə səbəbə olacağına inanmadığını qeyd edib. Ekspertin sözlərinə görə hər iki tərəfin rəsmiləri müharibədən qorxmadıqlarını açıqlayırlar: “Amma hərbi qüvvələrin üz-üzə dayanmasını, atəşkəsin tez-tez pozulmasını nəzərə alanda, müharibə olma ehtimalı da yaranır.
Orada heç bir neytral zona, beynəlxalq müşahidəçilər və sülhməramlı qüvvələr yoxdur. İndiki status-kvo Ermənistana sərf edir, İrəvan Türkiyə blokadasının qalxmasını istəyir. Amma Ermənistan bilməlidir ki, Azərbaycanla problemlərini həll edə bilməsə, blokada qalxmayacaq. Son illər ərzində iqtisadi cəhətdən güclənən Azərbaycan xeyli müasir silahlar əldə edib. Azərbaycan hesab edir ki, indiki hərbi potensialı ilə Ermənistanı mövqelərindən geri çəkilməyə vadar edə bilər.

Pavel Felhenhauer: “Ermənistanın vəziyyəti çox ağırdır. Azərbaycan da yaxşı bilir ki, Ermənistanın diplomatik imkanları çox məhduddur. Ermənistanın blokada vəziyyəti daha da ağırlaşacaq.
Cəbhədə vəziyyət gərginləşərsə, Ermənistana kim kömək edəcək?”


Rusiyanın başı bütünlükdə Ukrayna məsələsinə qarışıb. Amma mən Bakının provokasiyalara başlayıb, sonradan onu ərazisini azad etmək üçün genişmiqyaslı müharibəyə çevirmək barədə qərar qəbul etməsinə inanmıram. Bütün halda indiki situasiya çox təhlükəlidir”. Ekspert qeyd edib ki, Cənubi Qafqazda stabilliyin pozulmasının Rusiyaya sərf etməsi ilə bağlı səslənən fikirlərlə razı deyil: “Mən Rusiyanın regionda sabitliyin pozulmasına və Azərbaycanın Avrasiya İttifaqına daxil olmaq istəyində olmasına inanmıram. Doğrudur, Azərbaycan Moskva üçün çox maraqlıdır. Rusiya üçün təkcə Ermənistan yox, Azərbaycan və bütövlükdə Cənubi Qafqaz maraqlıdır. Regionda müharibənin olması Rusiyanın marağında deyil. Digər tərəfdən Rusiya Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistan qarşısında heç bir öhdəliyə malik deyil. Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da Qarabağsız qəbul ediblər, Gömrük İttifaqına da belə qəbul edəcəklər. Rusiyanın Qarabağ məsələsi ilə bağlı hüquqi öhdəliyi yoxdur. Ermənistanın vəziyyəti çox ağırdır. Azərbaycan da yaxşı bilir ki, Ermənistanın diplomatik imkanları çox məhduddur. Bakıda yaxşı bilirlər ki, Ermənistan Rusiyanın yanında olmağa məcburdur, bu isə Qərbin xoşuna gəlmir. Qərbin Rusiyadan, onun inteqrasiya layihələrindən xoşu gəlmir. Deməli, Ermənistanın blokada vəziyyəti daha da ağırlaşacaq. Cəbhədə vəziyyət gərginləşərsə, Ermənistana kim kömək edəcək?”.
Erməni ekspert Qraçya Qalustyanın məqaləsi isə Ermənistandakı ağır durumu, əhali arasında mənəvi-psixoloji durumun nə qədər acınacaqlı vəziyyətdə olmasını göz önünə gətirir. Qalustayan yazır ki, Moskvada kafelərin birində Ermənistandan işləmək üçün gələn birinin uca səslə ölkəsi haqqında təhqiramiz ifadələr işlətməsinin şahidi olub. Həmin erməni kafedə olan ruslara bildirirmiş ki, Ermənistanda insanlara hörmət edilmir, Qarabağ klanı yerli erməniləri əzib keçərək, insan kimi yaşamasına imkan vermir. Ona görə də ermənilər işləmək, dolanışıq pulu qazanmaq üçün Rusiyaya üz tuturlar. Ekspert yazır: “Kafedə olan ruslar təəccüblə bildirirdilər ki, Ermənistanda vəziyyətin belə dəhşətli həddə olmasından xəbərsizdirlər. Bu, artıq hər şeyin sonu deməkdir. Ermənistandan qaçan erməni Moskvada ruslara, belaruslara şikayət edir. Görün insanları Ermənistanda necə bezdiriblər. Əslində həmin insanlar əsl vətənpərvərdirlər. Min bir əziyyətlə işləyib, hər il Ermənistana pul göndərirlər ki, orada qalanlar ölməsinlər. Onların dolanışığını dövlət təmin etməlidir, amma dövlətin əvəzinə Moskvada işləyənlər bu işi öhdələrinə götürüblər. Cəbhə xəttində isə əsgərlərimiz həlak olur. Amma baş komandanımız olan Sərkisyan özündə cürət tapıb ön xəttə gedə bilmir. Belə qorxağın prezident olduğu dövləti bundan da dəhşətli bəlalar gözləyir. İstər Moskvada şikayət edən, istərsə də ön xətdə olanları ancaq bir məsələ birləşdirir -Ermənistanı alçaldanlara nifrət. Ona görə də indi bu sözləri tez-tez eşidirik - biz nəyə və kimə görə gedib vuruşmalıyıq? Ölkəni talan edənlərə görəmi? Əvvəllər bu fikir heç kimin ağlına gəlmirdi. İndi isə İrəvandan Moskvaya kimi hər yerdə eşidilir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info