“SOCAR yay məktəbi-2014”ün iştirakçıları Səngəçal terminalında
Tarix: 07.08.2014 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


“SOCAR yay məktəbi-2014”ün iştirakçıları Səngəçal terminalında olublar. Əvvəlcə yer qabığında neft və qazın yaranması və toplanması prosesi barədə qısa video-çarx nümayiş etdirilib.
Daha sonra terminala tanışlıq xarakterli ekskursiya təşkil olunub. İştirakçılar Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft boru kəmərlərinin başlanğıc nöqtəsi olan obyektlərə baxıblar. Terminal ərazisində yerləşən Xəzər Enerji Mərkəzinə ekskursiya onlarda Azərbaycanın neft sənayesi ilə bağlı zəngin təsəvvür yaradıb. Günün ikinci yarısında “Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı” və “Geofiziki kəşfiyyat üsulları” mövzusunda məruzələr dinlənilib. Daha sonra ARDNŞ-in geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentinin müavini Bəhram Hüseynov “Yay məktəbi”nin iştirakçılarına şirkətin geofizika və geologiya sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. Son dövrlərdə kəşf edilən “Ümid”, “Abşeron” yataqları, TANAP və TAP layihələri tələbələrin marağına səbəb olub. Onların bununla bağlı sualları ətraflı cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Bu gecədən başlayaraq hava şəraiti dəyişəcək
18.02.2019
Qaradağlı faciəsinin şahidi: həmin günlər yadıma düşəndə dəhşətə gəlirəm
17.02.2019
Ölkə ərazisində hava şəraiti dəyişəcək, yağış və qar yağacaq
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10599

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info