Naxçıvanda xalq teatrlarının festivalı başa çatıb
Tarix: 07.08.2014 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


Naxçıvanda xalq teatrlarının muxtar respublika festivalı başa çatıb. Festivalın son günündə Babək Rayon Xalq Teatrı böyük dramaturqumuz Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşasını
teatrsevərlərə təqdim edib.

Səhnə əsərinin quruluşçu rejissoru Yusif Əliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərov, musiqi tərtibatçısı Elnur Rəhimovdur. 2012-ci ildə hazırlanan “Solğun çiçəklər” tamaşası kollektivin maraqlı səhnə əsərlərindəndir. Peşəkar teatrımız tərəfindən dəfələrlə səhnəyə qoyulan bu tamaşa xalq teatrının ifasında maraqlı səhnə təcəssümü ilə teatrsevərlər tərəfindən rəğbətlə qarşılanıb. Festivalın sonunda Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək bildirib ki, bu cür festivalların keçirilməsi teatra həvəs göstərən, yaradıcılıq qabiliyyəti olan insanların istedadının aşkara çıxarılmasında və formalaşmasında böyük əhəmiyyət daşıyır. Qeyd edilib ki, bu festival xalq teatrları üçün öz qüvvəsini və yaradıcılıq potensialını daha geniş tamaşaçı kütləsi qarşısında göstərmək nöqteyi-nəzərindən faydalı oldu. Həmin kollektivləri geniş ictimaiyyətə tanıtmaq baxımından da bu tədbirin əhəmiyyəti az deyil. Sonda xalq teatrlarına Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomları təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər
04.06.2020
Azərbaycan Mədəniyyət Mərkəzindən erməni tarixini ifşa edən daha bir layihə
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info