Mübariz Qurbanlı: “Düzgün dini təbliğat aparmaq dini icmaların əsas vəzifəsidir”
Tarix: 07.08.2014 | Saat: 01:34:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Sumqayıt şəhərində dini icmaların nümayəndələri ilə
görüş keçirib.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının I müavini, Dini İşlər üzrə Komissiyanın sədri Rövşən Sadıxov, Dövlət Komitəsinin Sədr müavini Gündüz İsmayılov Sumqayıt şəhəri ilə yanaşı, Abşeron və Xızı rayonlarının dini icmalarının nümayəndələri iştirak ediblər. M. Qurbanlı çıxış edərək bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Son illərdə ölkədə bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran M. Qurbanlı Prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, ziyarətgahların sayının günü-gündən artdığını bildirib: “Bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi islam dini və mədəniyyətinin düzgün təbliği prioritet məsələlərdəndir”. DQİDK-nın sədri diqqətə çatdırıb ki, son vaxtlar qeyri-ənənəvi cərəyanlar din adından istifadə etməklə, öz ideologiyalarını yaymağa çalışırlar: “Biz bunu dünyanın müxtəlif ölkələrində görürük. Azərbaycanda bu istiqamətdə problemlər ciddi olmasa da, biz bundan tam sığortalandığımızı da deyə bilmərik. Amma düzgün dini təbliğat, insanlara dinin ali prinsiplərini mükəmməl formada çatdırmaq dini icmaların əsas vəzifəsidir”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info