Zaqatalada iri yeraltı keçid inşa edilir
Tarix: 07.08.2014 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Zaqatala şəhərinin mərkəzində - Faiq Əmirov, Vidadi, Saleh Qocayev və Bazar küçələrinin kəsişməsində iri yeraltı piyada keçidinin tikintisinə başlanılıb.
Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral avtomobil yolunun da keçdiyi bu ərazidə günün əksər vaxtlarında nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə olunur, tez-tez tıxaclar yaranır. Ərazidə orta məktəb, xəstəxana, şəhərlərarası avtovağzal, bank filialları, kənd təsərrüfatı məhsullarının satışı bazarı, iri ticarət obyektləri yerləşdiyindən nəqliyyat vasitələrinin intensivliyi şəhər sakinlərinin təhlükəsiz gediş-gəlişi üçün də müəyyən çətinliklər törədir, tez-tez yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sifarişi ilə dövlət vəsaiti hesabına inşa edilən yeraltı piyada keçidinin 4 giriş-çıxışı olacaq. Hazırda tikinti ərazisində suvay vurma işləri görülür.
Piyada keçidinin tikintisinin 2014-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info