Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasından müraciət
Tarix: 07.08.2014 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası son vaxtlar təxribatçı fəaliyyətini intensivləşdirən Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Rumıniya Prezidentinin Administrasiyasına, digər hakimiyyət strukturlarına, ölkədəki nüfuzlu mətbuat orqanlarına və beynəlxalq təşkilatların nümayəndəliklərinə açıq məktubla müraciət edib.
Müraciətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan və Ermənistan arasında mövcud atəşkəs rejiminin intensiv pozulmasından dərin narahatlıq ifadə olunur. Bildirilir ki, son günlər Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi mütəmadi pozmaları nəticəsində Azərbaycan hərbçiləri öldürülür, sərhəd bölgələrində yaşayan dinc əhaliyə, o cümlədən uşaqlara odlu silahlardan atəş açılır.
Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edilir, Azərbaycan ərazilərinin 20 faizinin artıq 20 ildən çoxdur ki, Ermənistanın işğalı altında olduğu, bir milyondan çox qaçqının və məcburi köçkünün öz yurdlarını itirməsi, zəbt olunmuş torpaqların qeyd-şərtsiz azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmadığı vurğulanır.
Müraciətin sonunda təcavüzkar Ermənistana qarşı təzyiqlərin artırılmasına çağırış edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info