İranla qarşılıqlı investisiya, yeni dəmir və avtomobil yolu tikintisi barədə anlaşma
Tarix: 07.08.2014 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Azərbaycan-İran biznes forumu keçirildi

İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İran biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, İran tərəfindən sənaye, kənd təsərrüfatı, ticarət, alternativ enerji, arıçılıq, tikinti materiallarının istehsalı, təhsil, aviasiya, konsaltinq, logistika və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox şirkətin nümayəndəsi iştirak edib. Azərbaycan tərəfi isə biznes forumda analoji sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı ilə təmsil olunub. Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və İran arasında siyasi əlaqələr yüksək səviyyədədir və bu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidentinin İrana rəsmi səfərindən sonra ölkələrimiz arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda Azərbaycan və İran arasında əlaqələr iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam edir və bu əməkdaşlığın genişlənməsində iş adamlarının fəaliyyəti əhəmiyyətlidir. Nazir Şahin Mustafayev qeyd edib ki, İran nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclası keçirilib və iclas çərçivəsində müzakirə edilən bütün məsələlər üzrə razılıqlar əldə edilib. Belə ki, Dövlət Komissiyasının dünən keçirilmiş iclasında Azərbaycan və İran arasında ticarət dövriyyəsininn artırılması və qarşılıqlı tələbatın müəyyənləşdirilməsi məqsədilə ixrac qabiliyyətli mallar haqqında, eləcə də investisiya fəaliyyətinin genişləndirilməsi məqsədilə mütəmadi məlumat mübadiləsinin aparılması barədə razılıq əldə edilib. Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, enerji və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlığa dair” sazişin imzalanmasının sürətləndirilməsi haqqında Dövlət Komissiyasının iclası çərçivəsində razılığa gəlinib. Bundan başqa, Azərbaycan Respublikasının Prezidentinin İrana rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respuiblikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su Elektrik Stansiyalarının Tikintisi və İstismarı haqqında Saziş”in İranın aidiyyəti orqanları tərəfindən təsdiq olunmasının sürətləndirilməsi və Sazişin icrasına başlanması barədə iki ölkə arasında razılıq əldə edilib. Eyni zamanda, Dövlət Komissiyasının iclası çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan “Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar işlərin sürətləndirilməsi sahəsində də razılıq əldə olunub. Azərbaycan və İran arasında artan iqtisadi əlaqələri nəzərə alaraq Bilsuvar-Culfa (İran) dövlət sərhədlərində buraxılış məntəqəsinin 24 saatlıq iş vaxtına keçirilməsi, Astara (İran) - Astara (Azərbaycan) sərhəd keçid məntəqəsində razılaşdırılmış ərazidə yeni dəmir və avtomobil yolu, həmçinin piyada körpülərinin tikintisi, müştərək sərhəd keçid məntəqələrində rüsumların azaldılması məsələsinə baxılması barədə də razılıqlar əldə edilib. Dövlət Komissiyasının iclası çərçivəsində həmçinin, investisiya qoyuluşu, enerji, bank, İKT, kənd təsərrüfatı və s. sahələrdə də əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib və razılıqlar əldə olunub.
Nazir Şahin Mustafayev Azərbaycan və İran arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımdan biznes forum, işgüzar görüş və sərgilərin əhəmiyyətini qeyd etmiş, bugünkü biznes forumun da iş adamları arasında əməkdaşlığın inkişafına, ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini vurğulamışdır. İqtisadiyyat və sənaye naziri Azərbaycan iqtisadiyyatına dair məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi çıxışında hər iki ölkənin iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu qeyd etmiş, Azərbaycan və İran arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də iş adamları arasında əlaqələrin daha da inkişafına dair fikirlərini bölüşüb.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədr müavini ƏliƏkbər Fərazi isə İran iqtisadiyyatına dair təqdimatlarla çıxış ediblər.
Biznes forum çərçivəsində AZPROMO ilə İran İnvestisiya, İqtisadi və Texniki Dəstək Təşkilatı (OİETAİ) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Biznes forum İran iş adamlarının Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərlə ikitərəfli görüşləri il davam edib.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info