Azərkosmos ASC Əfqanısatan televiziya yayımı bazarına daxil oldu
Tarix: 07.08.2014 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Azərkosmos ASC Əfqan Payvastun Media Kommunikasiya (APMC) şirkəti ilə Batur TV-nin Azərspace-1 üzərindən açıq yayımı və ilə bağlı müqavilə imzalayıb. Azərkosmos ASC-nin məlumatına görə, Batur TV milli peykimiz üzərindən yayımlanacaq ilk Əfqan televiziya kanalıdır. Bu müqavilə Azərkosmosa Əfqan yayım bazarına qapı açdığından şirkət üçün böyük əhəmiyyət kəsb edir. İmzalama prosesi zamanı APMC-nin Prezidenti Masud Ameri Azərkosmos komandasının müqaviləyə hazırlıq mərhələsində göstərdiyi həvəs və peşəkarlığı yüksək qiymətləndirib. APMC şirkəti Azərkosmosla əməkdaşlığa ilk dəfə bu il Əfqanıstanda keçirilən prezident seçkiləri zamanı qısamüddətli tutum istifadəsi xidmətində istifadə etməklə başlamışdır. Azərkosmosun göstərdiyi xidmətdən razı qalan şirkət daha uzunmüddətli müqavilə imzalamaq qərarına gəlib. Masud Ameri Azərkosmosla digər Əfqan kanallarının da Azərspace-1 peyki üzərindən yayımlanması və Azərbaycan və Əfqanıstan arasında peyk kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin perspektivlərini müzakirə edib.
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan Azərkosmos ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən Azərspace-1 peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info