Azərbaycanlı Rusiyada nazir müavini təyin edildi
Tarix: 07.08.2014 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Rəşid İsmaylov Rusiya Federasiyası rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini təyin olunub.
Bu barədə nazirliyin yaydığı press-relizdə qeyd olunub.
Yeni vəzifədə R. İsmaylov informasiya texnologiyaları sahəsinin inkişafı və nazirliyin beynəlxalq əlaqələr istiqamətinə rəhbərlik edəcək. Qeyd edək ki, R. İsmaylovdan öncə bu vəzifəni Mark Şmuleviç tutub.
Ötən ilin yanvar ayından etibarən R. İsmaylov nazirliyin beynəlxalq əməkdaşlıq departamentinə rəhbərlik edib.
“Nazirliyin beynəlxalq əməkdaşlıq departamentinə rəhbərlik etdiyi dövrdə, Rəşid İsmaylov özünü məsuliyyətli rəhbər və vaxtında düzgün qərar qəbul etmək bacarığı ilə seçilib. Bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıqdan əldə olunan təcrübə ona informasiya texnologiyaları sahəsinin inkişafı ilə bağlı qarşıda duran vəzifələri yerinə yetirmək üçün çox kömək edəcək”, - deyə rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov qeyd edib.
R. İsmaylov 1965-ci ildə Bakıda anadan olub.
1991-1998-ci illərdə İT və konsaltinq sahəsində fəaliyyət göstərən bir sıra şirkətlərdə, 1998-2005-ci illərdə “Ericsson Russia”, 2005-2010-cu illərdə isə “Nokia Siemens” şirkətində rəhbər vəzifələrdə çalışıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info