A.Suver: “Azərbaycan torpaqlarının bir qismini işğal altında saxlamaq Ermənistana yaxşı heç nə vəd etmir”
Tarix: 07.08.2014 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Son günlər işğalçı dövlətin atəşkəs rejimini daha intensiv pozmasının məqsədi Azərbaycan tərəfinin davam etdirdiyi sülh danışıqlarına əngəl yaratmaqdır.
Bu sözləri Ermənistan silahlı qüvvələrinin son günlər cəbhə xəttində təxribatlarına münasibət bildirən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru, professor Akkan Suver deyib. Azərbaycanın sürətli inkişafını yüksək dəyərləndirən professor Akkan Suver qeyd edib: “Ümummilli lider Heydər Əliyevin sülh və sabitliyin qorunması istiqamətində həyata keçirdiyi strategiya təkcə Azərbaycan üçün yox, bəşəriyyət üçün əhəmiyyət daşıyan irsdir. Bu strategiya xalqların dinc şəraitdə yaşamasını təmin edən idarəçilik nəzəriyyəsidir. Prezident İlham Əliyevin əzmlə davam etdirdiyi bu siyasət Azərbaycanı dünyada daha da şöhrətləndirib. Azərbaycan həm də öz təhlükəsizliyini təmin etmək üçün güclü ordu yaradıb. Təcavüzkar tərəf yaxşı anlayır ki, Azərbaycan torpaqlarının bir qismini işğal altında saxlamaq Ermənistana yaxşı heç nə vəd etmir. Dağlıq Qarabağ münaqişəsinin həllinin yeganə yolu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə aradan qaldırılmasıdır. Ermənistan hakimiyyəti uzun illərdir ki, öz xalqını aldadıb. Ermənilər cəbhədə vəziyyəti gərginləşdirməklə Azərbaycanın bütün xalqlara dinc və sabit şəraitdə yaşamaq üçün verdiyi zəmanətə olan inamı azaltmaq istəyirlər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info