Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu xüsusi toplantı təşkil edəcək
Tarix: 07.08.2014 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu sentyabrın 4-7-də Andorrada Ali Səviyyəli Təşəbbüsün əsasının qoyulması üçün xüsusi toplantı təşkil edəcək. Komitədən bildirilib ki, məqsəd Avropa məkanında mövcud olan qeyri-sabitlik və münaqişələrin həll olunması, dondurulmuş münaqişələrin həlli istiqamətində fəallığın artırılması, habelə yaranmaqda olan münaqişələrin qarşısının innovativ metodların tətbiqi ilə alınmasıdır. Bu təşəbbüs Helsinki Yekun Bəyənnaməsinin 40 illiyinə təsadüf edir və tədbirin həyata keçirilməsi ilə Yeni Avropanın Paris Əsasnaməsi (1991), Avropa Təhlükəsizliyi üzrə İstanbul Nizamnaməsi (1999) və Astana Sammitinin Bəyənnaməsindən (2010) sonra daha geniş Avropa məkanı anlayışında təhlükəsizlik və stabilliyin bərpa olunması üçün mühüm addımlar atılacaq.
Toplantıda Helsinki Yekun Aktına aid olan ölkələrin nüfuzlu ictimai-siyasi xadimləri - Latviya Respublikasının sabiq prezidenti xanım Vaira Vike-Freiberga, Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku iştirak edəcək. Bolqarıstannın sabiq prezidenti Petar Stoyanov, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti Stepan Mesic, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin də tədbirdə iştirakı gözlənilir. Bundan başqa, tədbirə Finlandiyanın sabiq prezidenti xanım Tarja Halonen, Liviyanın sabiq Baş naziri Abdurrahim El-Keib, Karneqi Mərkəzinin vitse-prezidenti Mark Mediş, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, İsveç Yardım Fondunun sabiq rəhbəri Valter Füst, Türkiyə Respublikasının sabiq Xarici işlər naziri, Böyük Millət Məclisinin sabiq sədri Hikmət Çətin, İspaniyanın sabiq Xarici işlər naziri Karlos Vestendorp və digər nüfuzlu şəxslərin də qatılması nəzərdə tutulub.
Qeyd edək ki, bu tədbir 2015-ci il Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq üçün ilk toplantıdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər
04.06.2020
Azərbaycan Mədəniyyət Mərkəzindən erməni tarixini ifşa edən daha bir layihə
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info