Pakistan Ermənistanı dövlət kimi tanımır
Tarix: 07.08.2014 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayser ilə keçirilib. BMAM sədri Rufiz Qonaqov hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın vacibliyini, Pakistanın Azərbaycana dost və qardaş ölkə olduğunu vurğulayaraq Azərbaycanda vətəndaş cəmiyyətinin gündən-günə inkişaf etdiyindən, dövlətin vətəndaş cəmiyyətinə və beynəlxalq QHT-lərə verdiyi dəstəkdən danışıb. Rufiz Qonaqov bildirib ki, Prezidenti İlham Əliyevin sərəncamları ilə yaranmış Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Prezident Yanında Gənclər Fondu tərəfindən hər il yüzlərlə QHT maliyyə dəstəyi alır. Məhz dövlətinin bu dəstəyi sayəsində QHT-lər öz mövcudluqlarını qorumaqla fəaliyyətlərini daha da genişləndirirlər. Eyni zamanda Rufiz Qonaqov Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən prosesi, bu proseslərdə BMAM-ın mövqeyini, son günlər cəbhə xəttində erməni silahlı qüvvələrinin Azərbaycana qarşı həmlələrini, bu münaqişənin tezliklə ədalətli formada həll edilməsinin vacibliyini və beləliklə də Qafqaz regionunda stabilliyin bərqərar edilməsi zəruriliyini səfirin diqqətinə çatdırıb. Pakistan səfiri Xalid Usman Qayser görüş üçün BMAM sədri Rufiz Qonaqova təşəkkür edərək belə əməkdaşlığın ölkələrin vətəndaş cəmiyyətləri arasında daha da gücləndirilməsini dəstəklədiyini bildirib. Diplomat BMAM-ın belə təşəbbüslərini alqışlayıb və əməkdaşlıq üçün özünün rəhbərlik etdiyi səfirlik tərəfindən hərtərəfli dəstək veriləcəyini bəyan edib. Eyni zamanda Pakistan səfiri Azərbaycan-Pakistan arasındakı münasibətlərə də toxunaraq, 2 ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 dövlətdən biri olduğunu, Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəklədiyini və dünyada Ermənistanı tanımayan yeganə dövlətin Pakistan olduğunu vurğulayıb. Görüşdə BMAM-ın sədr müavinləri Həbib Heydər və Eldar Orucov, idarə heyətinin üzvləri və Mərkəzin gənc üzvləri də iştirak edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info