Mingəçevir şəhərinin yeni Baş planı hazırlanır
Tarix: 07.08.2014 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Mingəçevirdəki Heydər Əliyev Mərkəzində şəhərin yeni Baş planının ilkin versiyasının təqdimat mərasimi keçirilib.
Tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini İlham İsmayılov Mingəçevirin sonuncu Baş planının 1978-ci ildə təsdiq olunduğunu diqqətə çatdırıb. Bildirib ki, 11 il əvvəl bu planın müddəti bitib. Hazırda şəhərdə Baş plansız işlərin aparılması qeyri-müəyyənlik yaradır. Məhz bu səbəbdən 2012-ci il oktyabrın 18-dən yeni planın hazırlanması üçün tender elan olunub. Artıq Sankt- Peterburq şəhərində fəaliyyət göstərən “R.İ.S.K” elmi-istehsalat şirkəti bu tenderdə qalib gəlib. Hazırda layihənin hazırlanması istiqamətində işlər davam etdirilir.
Mərasimdə “R.İ.S.K” elmi-istehsalat şirkətinin nümayəndəsi Vaqif Səfixanlı videoslaydlar vasitəsilə Baş planın ilkin versiyası və cizgilərini təqdim edib. Bildirib ki, bu təqdimat məlumatlandırma üçündür. Bu, 5 mərhələli plandır. Hazırda 3-cü pillədəyik. Üç aydan sonra hər kəsə yeni Baş planla ətraflı tanışlıq olmaq imkanı yaradılacaq. Həmçinin vətəndaşlar mingachevir-plan.blogspot.com saytına daxil olmaqla öz fikir və təkliflərini verə bilərlər. Gələn ilin aprelinədək layihə tam hazır olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info