“QHT-lər siyasiləşməməlidir”
Tarix: 07.08.2014 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


Vüqar Bayramov: “Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının bir sıra hallarda siyasi partiyalara “inteqrasiyası” müşahidə edilir”

QHT-lərin əsas problemlərindən biri də onların siyasiləşməsi, bu yöndə xarici mərkəzlərin sifarişlərini yerinə yetirmələri ilə bağlıdır. Azərbaycanda da özünü həqiqi QHT kimi qələmə verən belələri yox deyil. Bu barədə fikirlərini bildirən QHT-çi, iqtisadçı ekspert Vüqar Bayramov da belə düşünür: “Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Şurasının binasında sözügedən qurumun sədri millət vəkili Azay Quliyev ilə vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü oldu. Məsləhətləşmələr formatında keçirilən görüşdə son zamanlar vətəndaş cəmiyyəti institutlarının qarşılaşdığı çətinliklər və həlli yolları müzakirə edildi. Müzakirələr kifayət qədər məhsuldar oldu və iştirakçılar mövcud çətinliklər qısa zamanda aradan qaldırılması üçün konkret fəaliyyətləri təqdim etdilər. Görüşdə QHT-lərin banklarda üzləşdiyi problemlər, o cümlədən, onların həlli yolları, qrant müqavilələrinin qeydiyyatının asanlaşdırılması metodları ilə bağlı fikirlərimi bildirdim. Tədbirdə qeyd etdiyim kimi, hal-hazırda vətəndaş cəmiyyətinin ən ciddi problemlərindən biri bu sektorun siyasiləşməsidir. Avropa Birliyi o cümlədən ABŞ daxil olmaqla əksər inkişaf etmiş ölkələrdə Qeyri-Hökumət Təşkilatları (QHT) ilə siyasi partiyalar arasında kəskin sərhəd var. Hər bir sektorun özünün fərqli hədəfləri var. Vətəndaş cəmiyyəti institutları siyasi partiyaların görməli olduğu fəaliyyətləri həyata keçirməməlidir. QHT-lər “istefa” şüarları səsləndirməməlidirlər, onlar ya beyin mərkəzləri olaraq təkliflər paketləri və eləcə də dövlət siyasəti sənədləri vasitəsi ilə dövlətin müxtəlif sektorlar üzrə, o cümlədən, iqtisadi-sosial siyasətinə təsir göstərməyə çalışır, ya da ənənəvi QHT-lər olaraq maarifləndirmə və monitorinq fəaliyyəti həyata keçirirlər. Təəsssüf ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının bir sıra hallarda siyasi partiyalara “inteqrasiyası” müşahidə edilir ki, bu da sözügedən sektorda gərginlik yaradır. QHT-lər hakimiyyətə gəlməyə deyil, hökumətin daha yaxşı işləməsinə çalışmalıdırlar. QHT-nin müstəqilliyi yalnız onun hökumətdən deyil, eyni zamanda siyasi arenadan müstəqil olması anlamına gəlməlidir. Bu baxımdan müstəqil QHT eyni zamanda heç bir tərəfə söykənməyən və konstruktiv yollar ilə dövlət siyasətinə təsir göstətməyə çalışan qurum olmalıdır. Buna görə də, əslində QHT-ləri siyasələşməkdən qoruyan “Etik Kodeksin” hazırlanması və könüllü qəbuluna ehtiyac var”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info