“Zalsburq”a əvvəlcədən məlumat ötürülmüşdü”
Tarix: 07.08.2014 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


“Oyunumuz alınmadı. Məcburi dəyişikliklərə görə oyun planınımız pozuldu. Bəzi futbolçulardan narazı qaldım. Rəqib də yaxşı oynadı. Onları təbrik edirəm, bundan sonrakı oyunlarında uğurlar arzulayıram. Biz isə Avroliqanı gözləyirik”.
Bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin “Zalsburq”la cavab oyunundan (0:2) sonra keçirilən mətbuat konfransında deyib. O, hakimin bəzi qərarları ilə razılaşmadığını, ancaq bu haqda danışmağın mənasız olduğunu qeyd edib: “Hakimlik haqda danışmağın artıq mənası yoxdur. Birinci qolda İlqar Qurbanov zədələndiyi üçün meydanın kənarında idi. Namiq Yusifovu onun əvəzinə meydana buraxmaq istəsəm də, hakim buna icazə vermədi. Ona görə hakimə etiraz etdim. Digər epizodda isə hakim Çumbinyonun hərəkətini qayda pozuntusu kimi qiymətləndirdi. Ancaq oyunu saxlamaya bilərdi. İndi bunları danışmağın mənası yoxdur".
Q.Qurbanov rəqibin "Qarabağ"ın oyun planından əvvəlcədən xəbərdar olduğunu deyib: “Rəqib bilirdi ki, beş müdafiəçi ilə oynayacağıq. Onlara bu haqda əvvəlcədən məlumat ötürülmüşdü. Heyf ki, Reynaldo ən yaxşı formada olduğu bir vaxtda bizə kömək edə bilmədi. Ancaq biz tək Reynaldodan ibarət deyilik. Bəzi aparıcı oyunçumuzun olmaması özünü göstərdi. İlqar Qurbanovun zədəsi isə ciddidir. Onun əzələsində yırtıq var. Q.Qurbanov yeni transferlərin olub-olmayacağı haqda Bakıda qərar verəcəyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
“Yalnız bir nəfər“
22.04.2019
Formula 1 Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib
22.04.2019
Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı təşkil olunacaq
21.04.2019
Futbol üzrə İtaliya və İspaniya çempionatlarında növbəti oyunlar keçirilib
20.04.2019
“Yuventus“dan ardıcıl 8-ci çempionluq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info