ABŞ Kubada sabitliyi pozmağa cəhd edir
Tarix: 08.08.2014 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


“The Associated Press” tərəfindən aparılan araşdırmaların nəticələrinə görə, 2009-cu ilin oktyabrından başlayaraq Amerika Birləşmiş Ştatları xüsusi hazırlıq keçmiş latınamerikalı gənclərin iğtişaşlar törətmək üçün Kubaya göndərilməsi ilə məşğul olub. Beynəlxalq İnkişaf üzrə ABŞ Agentliyinin (USAID) himayəsi altında hazırlanmış və həyata keçirilməyə başlamış bu layihənin məqsədi adada siyasi sistemin dəyişməsinə səbəb olmalı idi.
Bu ölkədə vətəndaş cəmiyyətinin və səhiyyənin inkişafına yardım adı altında pərdələnən və əsasən Latın Amerikası ölkələrindən Vaşiqtonun cəlb etdiyi bu gənclər Raul Kastro rejiminə qarşı mübarizədə istifadə üçün hazırlanırdılar. Bu mövzuya toxunan Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib ki, dünya təcrübəsində vətəndaş cəmiyyətinin yaradılması məqsədi ilə beynəlxalq proqramlara uyğun olaraq, demokratiyanın inkişafına dəstək proqramları mövcuddur. Kubanın milli suverenliyinin pozulmasına hesablanmış bu uğursuz cəhd, məhz həmin proqramın məqsədlərinə cavab verirdi. Həyata keçirilən plan, əslində Birləşmiş Ştatların Qərb yarımkürəsindəki suveren dövlətlərin sabitliyini pozmaq üçün hazırlanmış bir cəhd idi. Belə ki, bu hadisə həmin dövrdə 60 ildən artıq blokada şəraitində yaşayan Kubanın timsalında bütün dünya ictimaiyyətinin qınağına səbəb oldu. Yeri gəlmişkən xatırladaq ki, Vaşinqton 1954-cü ildə məhz belə bir proqram vasitəsilə Qvatemalada Xacobo Arbenz hökumətinə qarşı dövlət çevrilişi təşkil etmişdi; illərcə Kubada Fidel Kastro rejiminin sabitliyini pozmağa cəhdlər göstərmişdi; 1973-cü ilin sentyabrın 11-də Çilidə qanlı hərbi çevriliş törətmişdi; ötən əsrin 80-ci illərində Mərkəzi Amerikada ölüm düşərgələrini yaratmışdı və nəhayət, 80-ci illərin sonlarında Granada və Panamaya hərbi qüvvələr yeritmişdi.
ABŞ -rəhbərliyində gözdağı təsiri bağışlayan oxşar hadisələr Venesuelada keçirilən son prezident seçkilərindən sonra etirazlar zamanı baş verdi. Qeyd etmək lazımdır ki, Vaşinqton tərəfindən hazırlanmış və sabitliyi pozmağa hesablanmış bu səyləri həyata keçirən və qitədə əməkdaşlıq normalarına riayət olunmasını istəməyən Amerika təşkilatı artıq can verən təşkilata çevrilməkdədir. Latın Amerikası ölkələrində inteqrasiya proseslərinin artması ilə bu cür proqramların həyata keçirilməsi qitədə yalnız Amerika Birləşmiş Ştatlarının izolyasiyanı gücləndirə bilər. Bütün bunlar deməyə əsas verir ki, Vaşinqton beynəlxalq hüququn zəmanətçisi, demokratiya və insan hüquqlarının müdafiəçisi kimi çıxış etməkdən çox uzaqdır. Əksinə o, kobud və israrla bu prinsipləri pozur.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
“Luxus-Plus” portalı Mehriban Əliyevanın Fransaya səfərindən yazıb
26.03.2019
ABŞ dövlət katibi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
26.03.2019
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25.03.2019
Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir
24.03.2019
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info