“Maydan”da polislə nümayişçilər arasında toqquşma olub
Tarix: 08.08.2014 | Saat: 01:26:00 | E-mail | Çapa göndər


Kiyevin İstiqlaliyyət Meydanında (“Maydan”) polislə nümayişçilər arasında qarşıdurma olub. “Maydan”da çadır quran aksiyaçılar hüquq-mühafizə orqanlarının və Kiyev şəhər administrasiyasının ərazini boşaltmaq barədə tələbinə rədd cavabı veriblər.
Qarşıdurma nəticəsində polis əməkdaşları arasında xəsarət alanlar olub. Mitinq iştirakçıları avtomobil təkərlərini yandıraraq, meydana girişi məhdudlaşdırıblar. Şəhərin mərkəzində əhalinin hərəkəti qeyri-mümkün vəziyyətə gəlib. Əlavə polis qüvvələrinin əraziyə cəlb olunması nəticəsində iğtişaş səngiyib, hazırda aksiya iştirakçıları ərazidən uzaqlaşdırılırlar. Saxlanılanların və xəsarət alanların sayı açıqlanmayıb. Nümayişçilərin əllərində “Donbas” yazılan Ukrayna bayraqları olub. Onlar ərazinin boşaldılması tələbinə qarşı çıxıb, şəhər kommunal xidmət əməkdaşlarına hücum ediblər. Kiyev meri Vitali Kliçko nümayişçiləri muzdlu təxribatçılar adlandırıb, onları kiyevlilərin dinc həyatına mane olmaqda ittiham edib: “Demokratiya istəyirsiniz? Gedin Şərqdə döyüşün. Burda iğtişaş törətmək, sakinləri narahat etmək lazım deyil. Kiyevdə asayiş olmalıdır”.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info