Daxili Qoşunların cəbhədəki hərbi hissəsinin xidməti-döyüş tapşırıqları yoxlanılıb
Tarix: 08.08.2014 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


"Hərbi hissənin döyüş hazırlığı yüksək səviyyədədir". Daxili Qoşunların mətbuat xidmətindən verilən məlumata görə, bunu Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov Bərdədə yerləşən "N" saylı hərbi hissənin xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin vəziyyətinin yoxlayarkən deyib.
Məlumatda bildirilir ki, Daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-mayor Şahin Məmmədov qoşunların Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində olub.
Qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin vəziyyətinin yoxlanılması məqsədi daşıyan səfər çərçivəsində Daxili Qoşunların Komandanı ilk növbədə hərbi hissənin döyüş hazırlığını, təlim-tədrisin vəziyyətini yoxlamış, şəxsi heyətin kazarma-məişət şəraiti və təminat-təchizatı ilə maraqlanıb.
Hərbi hissə komandiri məruzə edərək bildirib ki, şəxsi heyət yüksək döyüş qabiliyyətinə malikdir və mənəvi-psixoloji vəziyyət tələb olunan səviyyədədir.
Sonra Daxili Qoşunların Komandanı hərbi hissənin idarə heyəti ilə xidməti müşavirə keçirib. Ölkəmizin iqtisadi qüdrətinin artmasının Silahlı Qüvvələrimizin möhkəmlənməsinə geniş imkanlar açdığını deyən Daxili Qoşunların Komandanı xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü islahatlar öz bəhrəsini verməkdədir.
Bildirilib ki, elə bunun nəticəsidir ki, ən müasir silah və texnikalarla təchiz olunmuş Azərbaycan ordusu Cənubi Qafqazda liderliyi qoruyub saxlamaqdadır.
Ötən dövr ərzində hərbi hissədə xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş tədbirlərdən razılığının ifadə edən general-mayor Ş.Məmmədov şəxsi heyətin hazırlığını yüksək qiymətləndirərək, zabit və gizirlərin peşə vərdişlərinin artırılması istiqamətində səylərin daha da artırılmasının, hər an istənilən tapşırığın yerinə yetirilməyə hazır olmalarının vacibliyini qeyd edib.
Müşavirənin sonunda komandan konkret tapşırıqlar verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info