Azərbaycanda kompüterlərin internetlə virusa yoluxma səviyyəsi azalıb
Tarix: 08.08.2014 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Azərbaycanda istifadəçilərin 40,94 faizi internet vasitəsilə virusa yoluxma riski ilə üzləşib. Bu barədə "Kasperski laboratoriyası" şirkətinin saytında dərc edilən 2014-cü ilin ikinci rübünün yekunları üzrə "İnformasiya təhlükələrinin inkişafı" icmalında deyilir.
İcmala görə, cari ilin I rübü ilə müqayisədə bu göstərici 4 faiz azalıb.
İcmala əsasən, Azərbaycan internet vasitəsilə virusa yoluxma riskinə daha çox məruz qalan 20 ölkə arasında beşinci yeri tutur.
TOP 10-na 46,53 - 33,71 faizlə daxil olan ölkələr - Rusiya, Qazaxıstan, Ermənistan, Ukrayna, Azərbaycan, Vyetnam, Belarus, Moldova, Monqolustan və Qırğızıstandır.
Ən böyük yoluxma riskinə məruz qalmış ölkələrin iyirmiliyinə həmçinin Əlcəzair, Tacikistan, Gürcüstan, Xorvatiya, Türkiyə, Özbəkistan, Qətər, Tunis, İran və İspaniya daxildir.
İnternet istifadəçilərinin riskə daha az meylli olduqları ən təhlükəsiz ölkələr sırasına daxildir: Sinqapur (10,4 faiz), İsveç (12,8 faiz), Yaponiya (13,3 faiz), Finlandiya (16,3 faiz), CAR (16,9 faiz), Ekvador (17,1 faiz), Norveç (17,5 faiz), Niderland (17,5 faiz), Honkonq (17,7 faiz) və Argentina (17,9 faiz).
Dünyanın müxtəlif ölkələrində istifadəçilərin kompüterlərinin internet vasitəsilə məruz qaldığı virusa yoluxma riskinin dərəcəsini qiymətləndirmək üçün şirkət bir rüb ərzində hər bir ölkədə istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü hesablayıb.
2014-cü ilin II rübündə "Kasperski laboratoriyası" dünyanın müxtəlif ölkələrinə yerləşdirilmiş internet resurslardan həyata keçirilən 354 mindən çox hücumu dəf edib.
Göstərilən dövr ərzində antivirus həlləri istifadəçilərin kompüterində təqribən 528,8 milyon virus hücumu aşkarlayıb. İstifadəçilərin kompüter və mobil qurğularında bloka alınmış zərərli hücumların sayı 995,5 milyonu ötüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info