Parisdə terror qurbanlarına dair təlim və görüşlər keçirilib
Tarix: 08.08.2014 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi (QHTDD) Şurasının xarici QHT-lər üçün maliyyə müsabiqəsinə uyğun olaraq "Terrorizmin Qurbanları Fransa Assosiasiyası"nın təşkilatçılığı ilə avqustun 3-11 tarixlərində Parisdə "Papillon" layihəsinin icrası üzrə təlim və görüşlər keçirilir. Layihənin əsas məqsədi ekstremizm və etnik separatçılığa dair sülhün təbliği, terrorizm qurbanları üçün uzunmüddətli psixoloji yardım proqramının hazırlanmasıdır.
Azərbaycan Prezidenti yanında QHTDD Şurasının mətbuat xidmətidən verilən məlumata görə, avqustun 5-6 tarixlərində Mərakeş, Fransa, Rusiya, Əlcəzair, İtaliya, Kolumbiya və digər ölkələrdən olan terrora məruz qalmış 22 şəxsin iştirakı ilə xüsusi düşərgədə bir neçə sessiyadan ibarət təlim keçirilib. Təşkilat sədri Giom Denoa de Sent Mark France çıxış edərək QHT-lərin terrorizm kimi qlobal problemə qarşı mübarizədə mühüm rol oynadığını vurğulayıb.
2014-cü ildə eyni zamanda Beynəlxalq Terror Qurbanları Assosiasiyasının da prezidenti seçilən cənab Giom terrordan əziyyət çəkən ölkə kimi Azərbaycan Respublikasının bu sahədə maarifləndirmə işlərinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyib.
İlk olaraq, bir neçə qrupa bölünən terror qurbanlarının və psixoloqların iştirakı ilə dinləmələr baş tutub. Daha sonra terror qurbanları təlim proqramının müxtəlif istiqamətlərinə uyğun olaraq terrorizmə qarşı qeyri-formal təhsil üsulları vasitəsi ilə keçirilən maarifləndirmə tədbirlərində iştirak ediblər. Təlim iştirakçılarına, eyni zamanda, Ermənistanın işğal və terror siyasətindən əziyyət çəkən ölkəmiz haqqında obyektiv və ədalətli məlumatlar çatdırılıb.
Avqustun 7-də terror qurbanları üçün Paris meriyasında xüsusi görüş təşkil olunub. Tədbirdə terror qurbanları olan şəxslər, layihənin koordinatorları, bir sıra QHT rəhbərləri, KİV təmsilçiləri və Şuranın nümayəndələri iştirak edib.
Layihə iştirakçılarını salamlayan Paris merinin gənclər və QHT-lərlə iş üzrə müavini xanım Paulin Veron müasir dünyada davamlı sülhün təminatı üçün vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələrdən danışaraq, terrorizmə qarşı mübarizədə beynəlxalq həmrəyliyin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Paulin Veron Azərbaycanın terrorizmə qarşı mübarizə işinə verdiyi töhfənin təqdirəlayiq olduğunu qeyd edərək, vətəndaş cəmiyyətinin inkişafına və bilavasitə bu layihəyə göstərdiyi dəstəyə görə Şuraya təşəkkürünü bildirib.
Qeyd edək ki, "Papillon" layihəsinə Fransa mediası ciddi maraq göstərir. 3 avqust 2014-cü ildən indiyədək "La Croix" qəzeti, "RFİ" ( Radio France İnternational) radiosu, "France 3" və "France 24" İctimai televiziyaları və ru.euronews.com saytı layihənin icrası çərçivəsində keçirilən tədbirlərin gedişindən geniş reportaj yayımlayıb.
Xatırladaq ki, Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud və beynəlxalq əlaqələr üzrə məsləhətçi İlqar Dadaşov 5-8 avqust 2014-cü il tarixlərində "Terrorizmin Qurbanları Fransa Assosiasiyası"nın həyata keçirdiyi layihə çərçivəsində keçirilən tədbirlərdə iştirak edirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info