Daşkəsənin içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur
Tarix: 08.08.2014 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


“Azərsu” ASC Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması ilə bağlı tender elan edib.
“Daşkəsən şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Daşkəsən şəhərini və ətraf yaşayış məntəqələrini əhatə edir. Layihə Daşkəsən şəhəri ilə yanaşı rayonun Alunitdağ və Mədənçilər kəndlərinin, ümumilikdə 17 minə yaxın sakinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Daşkəsən şəhərini və ətraf kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün Qarainək və Gülbulaq su mənbələri seçilib. Su mənbələrindən Daşkəsən şəhərinə qədər 21 km uzunluğunda magistral su kəməri çəkiləcək, şəhərin relyefi nəzərə alınmaqla müxtəlif ərazilərdə ümumi tutumu 4 500 kubmetr olan 4 su anbarı tikiləcək. Layihə çərçivəsində 18,3 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 2 560 ünvana birləşmə veriləcək.
Layihəyə uyğun olaraq Daşkəsən şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaq. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün 21 km uzunluğunda kanalizasiya xətti çəkiləcək və 2 560 ünvan bu şəbəkəyə qoşulacaq. Gələcəkdə şəhərdə yaranacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədi ilə sutkalıq məhsuldarlığı 3 500 kubmetr olan çirkab sutəmizləyici qurğu inşa ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info