Ağ Evin qarşısında erməni təcavüzünə qarşı etiraz aksiyası
Tarix: 08.08.2014 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Ağ Evin qarşısında “Ermənistanın Azərbaycana qarşı təcavüzünü dayandır!” devizi ilə etiraz aksiyası keçirilib. Vaşinqtonda və onun ətrafında yaşayan, habelə Nyu York şəhərindən gələn Azərbaycan və türk icmasının üzvləri Qarabağın işğalını pisləyən, BMT Təhlükəsizlik Şurasının işğal altındakı Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasına dair qətnamələrinin yerinə yetirilməsini tələb edən, ABŞ administrasiyasını Ukrayna, Gürcüstan, Moldovada və Azərbaycanın məruz qaldığı separatizmi tənqid etməyə çağıran plakatlar nümayiş etdiriblər.
Aksiya boyunca “Erməni təcavüzünə son qoyun!”, “Sarkisyan – cinayətkar!”, “Qarabağ Azərbaycan torpağıdır”, “Cənab Prezident, separatizmi tənqid edin!”, “Biz sülh istəyirik!”, “Prezident Obama, Azərbaycana dəstək verin!” şüarları səslənib. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamını təsvir edən fotoşəkillər və plakatlar da nümayiş olunub.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi Bədir Məmmədli qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin bir neçə gün əvvəl törətdikləri diversiya aktları yolverilməzdir. Ermənistanın artıq 26 ildir davam edən işğalçı siyasətinə son qoyulmalıdır. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını qaytarmaq hüququna malikdir və Amerika azərbaycanlıları Prezident Obamanı və ABŞ administrasiyasını bu işdə ölkəmizə dəstək olmağa çağırır.
Əslən Şuşa şəhərindən olan Pənah İbrahimov deyib ki, regionda separatizmə son qoyulmalı və ABŞ hökuməti başqa ölkələrdə tətbiq etdiyi ərazi bütövlüyünə dəstək siyasətini açıq şəkildə Azərbaycana da şamil etməlidir. Ermənistandan qəti surətdə tələb olunmalıdır ki, işğal altında saxladığı Azərbaycan torpaqlarını dərhal boşaltsın.
Aksiyaya toplaşan 80 nəfərə yaxın icma üzvü Prezident Obamanı Ermənistan hökumətinə təzyiq göstərməyə çağırıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info