Dünyanın 3-cü ən böyük məscidində şəhidlərimiz üçün cənazə namazı qılınıb
Tarix: 08.08.2014 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Azərbaycanın İndoneziya, Timur Leste, Filippin və Sinqapurdakı səfiri Tamerlan Qarayev İndoneziyanın İstiqlal məscidinin imamı professor Əli Mustafa Yaqub ilə görüşüb.
Azərbaycanın İndoneziyadakı səfirliyinin yaydığı məlumata görə, səfirliyin təşəbbüsü ilə bu gün səfir Tamerlan Qarayev İndoneziyanın İstiqlal məscidinin rəhbəri və imamı, professor Əli Mustafa Yaqub ilə məsciddəki ofisində görüş keçirib.
Görüşdə ikitərəfli əlaqələr, İslam tarixində və ədəbiyyatında Azərbaycanın rolu, dahi Azərbaycan alim və mütəfəkkirləri haqqında söz açılıb.
Daha sonra hazırkı dövrdə islam dünyasının və müsəlmanların üzləşdiyi çətinliklər, müsəlmanlara qarşı törədilən cinayətlər, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzü və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı və çox saylı terror aktları haqqında qarşı tərəfə ətraflı məlumat verilib.
Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi faktına son qoyulması və təcavüzün dayandırılması istiqamətində Azərbaycanın danışıqlar yolunu seçməsinə baxmayaraq, Ermənistanın beynəlxalq təşkilatların tələblərinə məhəl qoymadan, əldə olunmuş atəşkəs razılığını mütəmadi formada pozaraq danışıqlara zərbə vurması, hətta mülki şəxslərə atəş açaraq bu və digər formada təxribatlar törətməsi və öz təcavüzkar siyasətinə davam etməsi barədə bəhs edilib.
Buna ən son misal olaraq, bu günlərdə ermənilərin növbəti hücumu və bunun nəticəsində 14 Azərbaycan əsgərinin şəhid olması və çoxsaylı mülkü şəxslərin zərər çəkməsi də qarşı tərəfə bildirilib.
Professor Əli Mustafa Yaqub Ermənistanın Azərbaycana qarşı təcavüzündən xəbərdar olduqlarını, öz səlahiyyətlər və təsir dairələri çərçivəsində hər zaman Azərbaycana dəstək olduqlarını və bundan sonra da ermənilərin təcavüzü barədə yerli ictimaiyyəti daim məlumatlandıracaqlarını bildirib.
Daha sonra İstiqlal məscidində cümə namazından sonra əhali xalq qarşısında çıxış edən Ə.M.Yaqub, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini dinləyicilərə söyləyərək, ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında bəhs edib və bildirib ki, 1991-ci ildən etibarən, 20 mindən artıq azərbaycanlı şəhid olub, 1 milyona yaxın azərbaycanlını öz yurdlarından qovub, 9 şəhər, yüzlərlə kənd və məscidlərini işğal edərək viran qoyub.
Çıxışın sonunda Ə.M.Yaqub cümə namazına gələn əhalini bu günlərdə şəhid olmuş 14 Azərbaycan şəhid əsgərləri üçün cənazə namazına qoşulmağa dəvət edib. Bundan sonra Azərbaycan şəhidləri üçün bütün iştirakçılar ilə birlikdə cənazə namazı qılınıb və şəhidlərin ruhuna dualar oxunub.
Tədbir yerli televiziya kanalları tərəfindən birbaşa yayımlanıb.
Qeyd edək ki, İstiqlal məscidi 200 min nəfərlik həcmə malik olmaqla dünyanın 3-cü ən böyük məscididir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info