Dövlət Sərhəd Xidmətinin “Xanoba” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib
Tarix: 08.08.2014 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Avqustun 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsinin yeni inşa olunan “Xanoba” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.
Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illik yubileyi ərəfəsində istifadəyə verilən sərhəd zastavası kompleksinin açılış mərasimində Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, hərbi hissənin şəxsi heyəti və digər rəsmi şəxslər iştirak ediriblər.
Tədbirdə bildirilib ki, “Xanoba” sərhəd zastavası kompleksində şəxsi heyət üçün yüksək səviyyəli xidməti döyüş şəraiti yaradılıb. Buraya əsgərlər üçün lazımı məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət, təlim və digər təyinatlı otaqlar, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, zabit və gizirlər üçün mebel avadanlıqları ilə təmin edilən yaşayış evləri, idman meydançaları, avtomobillərin texniki sazlığının yoxlanması və təmir edilməsi üçün qarajlar və digər tikililər daxildir.
Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev mərasimdə çıxış edərək Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğıdan, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafdan, əldə olunmuş uğurlardan danışıb. Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli sərhəd siyasəti bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin zastava və məntəqələrində tikinti-quruculuq işləri, yeni sərhəd infrastrukturunun yaradılması prosesi geniş vüsət alıb.
Mərasimdə digər çıxış edənlər də dövlətimizin sərhəd mühafizəsinə göstərdiyi diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının xeyli möhkəmləndiyini və Azərbaycan sərhədlərinin etibarlı mühafizəsinin təmin olunduğunu qeyd ediblər.
Tədbirdə xidmət zamanı fərqlənən sərhədçilərə medallar və qiymətli hədiyyələr təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info