Pomidor alarkən diqqətli olun
Tarix: 08.08.2014 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Tərəvəzlərin tərkibində insan orqanizmi üçün zəruri olan bir çoх maddələr var. Fizioloji normaya əsasən, insan orqanizminin normal fəaliyyəti üçün ildə orta hesabla 130 kq tərəvəz və bostan məhsulları istehlak etməlidir. Tərəvəzlərin tərкibi və keyfiyyəti onun növündən, yetişmə dərəcəsindən, saхlanılma üsullarından və müddətindən çoх asılıdır. Müasir dövrdə tərəvəzin keyfiyyətinə ekoloji amillər, onların süni üsullarla, gübrələrin köməyi ilə yetişdirilməsi ciddi təsir göstərir. Eyni zamanda tərəvəzlərin yetişməsi və saxlanılması dövründə onların tərkibindəki maddələr keyfiyyət dəyişikliklərinə uğrayır. Bu proseslərin təsirinin müşahidə edilməsi, həmin məhsulların keyfiyyətinin normativ-texniki sənədlərə uyğunluğunun müəyyən edilməsi baxımından və istehlakı zamanı vacib məsələlərdəndir. Ona görə də insan sağlamlığı üçün faydalı olan bu məhsulları istehlak edərkən diqqətli olmaq lazımdır. Bu verlişimizdə məişətdə geniş istifadə etdiyimiz pomidorun istehlakı zamanı diqqət edilməli məsələlər barədə danışacağıq.
Pomidor badımcankimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növüdür. Pomidorun vətəni Qalappaqos adaları, Çili, Peru və Ekvadoru əhatə edən Cənubi Amerikanın sakit okean sahilləri boyu ensiz zolağı əhatə edən ərazidir. Pomidor haqqında Avropa botaniklərinin ilk xatırlatmaları 1553-1554-cü illərə aiddir. Onu yetişdirən və qida məhsulu kimi istifadə edən hindlilər, bu bitkini "tumatl" adlandırırdılar. Pomidor meyvəsinin müxtəlif və çoxsaylı araşdırmalarından sonra, onun faydalı maddələrlə zəngin olduğu məlum olmuş, meyvələri tibbi məqsədlər üçün istifadə olunmağa başlanmişdır. Pomidor istisevən bitkidir, 15 °C-dən aşağı temperaturda bitki adətən çiçəkləmir. Quraqlığa nisbətən davamlıdır. Pomidoru bütün torpaqlarda yetişdirmək olar.
Pomidor nazik qabıqdan, ətli hissədən, toxum kameralarından və toxumlardan ibarətdir. Daxili toxum kameraları çox olan pomidorlar ən yaxşı pomidorlardır. Kameraların sayından asılı olaraq azkameralı (2-5 kamera), ortakameralı (6- 9 kamera) və çoxkameralı (10-dan çox kamera) qruplarına bölünür.
Pomidor yay fəslində ən çox istifadə olunan tərəvəz məhsuludur. Məşiətdə pomidor həm bir sıra yeməklərin, salatların hazırlanmasında, həm də duza və sirkəyə qoyulmada istifadə olunur. Ona görədə istehlakçılar üçün onun keyfiyyət əlamətlərini bilmək vacibdir.
Pomidorun geniş yayılmış üç - adi, Peru və tüklü növləri mövcutdur. Pomidor meyvəsi yastı, yumru, uzunsov-oval, armudvarı və ellipsvarı olur. Diametri 3-dən 10 sm-dək, çəkisi 20-900 q-dək və daha çox olur. Pomidorun tərkibində orta hesabla 93-96% su, 0,61% mineral maddə, 4%-ə qədər karbohidratlar, 0,19% yağ, 0,84% sellüloza dəmir və s. vardır. Tərkibində quru maddələr, o cümlədən həll olan şəkərlər, üzvi turşular, natrium, kalium, kalsium, dəmir, fosfor kimi maddələr, bir sıra vitaminlər, karotin və s. vardır. Meyvəsi 80-140 günə yetişir. İsti sevən bitki olduğundan, əsasən orta isti və cənub rayonlarında becərilir.
Pomidorun 600-ə qədər becərilən növü məlumdur. Bunlar biri-digərindən formasına, rənginə, üzərinin vəziyyətinə, böyüklüyünə, toxum kamerasının sayı və yerləşməsinə görə fərqlənirlər.
Pomidorun rəngi qırmızı, çəhrayı, yaxud sarının müxtəlif çalarında ola bilər. Yetişmə dərəcəsinə görə pomidor yaşıl, boz, çəhrayı və qırmızı rəngdə olur. Saxlanan və daşınan zaman da yetişə bilir. Ölçüsünə görə iri, orta iri və xırda növlərinə ayrılır. İrilərinin çəkisi 100 qr-dan çox, orta irilərinki 60-100 qr, xırdalarınkı isə 60 qr-a qədər olur.
Təsərrüfat əlamətlərinə görə pomidorlar aşxana və konservlik qruplardan ibarətdir. Pomidorun aşxana növləri ən çox salatların və xörəklərin hazırlanmasında istifadə olunur. Pomidorun konservlik növləri tomat-pasta, tomat-püre, pomidor şirəsi almaq üçün işlədilir. Sirkəyə və duza qoyulan pomidorların ətli hissəsi bərk olmalıdır.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirir ki, saхlanma zamanı pomidorda suyun buхarlanması, istilik ayrılması və temperaturun dəyişməsi kimi fiziki proseslər gedir. Bu səbəblərdən saхlanma müddətinə görə pomidor orta müddətə saхlanıla bilən tərəvəzlər qrupuna daxildir və onu 1 aydan 2-3 aya qədər saхlamaq olar. Pomidorun saxlama müddəti onun növündən, saxlama temperaturundan və şəraitindən xeyli dərəcədə asılıdır. Məsələn yetişmiş qırmızı pomidorlar optimal şəraitdə təxminən 30 gün müddətində saxlanıla bilər. Bu zaman onlar 0-2ºC temperaturda, 85-90% nisbi rütubətdə soyuducuda saxlanmalıdır.
Pomidorun keyfiyyətli qalması üçün onun saxlanma temperaturu xüsusi əhəmiyyət kəsb edir. Burada onun yetişmə səviyyəsi də mühüm rol oynayır. İstənilən rəngdə olan tam dəymiş pomidorları 1-2ºC, orta dəymişləri 4-6ºC, yaşıl dəymiş pomidorları isə 10-12ºC temperaturda saxlamaq məqsədəuyğundur.
Pomidorun istehlakçıya keyfiyyətli halda çatdırılmasında onların qablaşdırılması və daşınmanın əhəmiyyəti böyükdür. Bu məhsulu qablaşdırmaq üçün yeşiklərdən, səbətlərdən, konteynerlərdən və s. istifadə olunur. Qablaşdırma zamanı yeşiyin içi bükücü kağızla örtülür və oraya birqat qablaşdırma materialı döşənir. Daşınma zamanı isə məhsulun üstü mütləq örtülməlidir. Taralarda daşınma və saxlanma pomidorun istehlakçılara daha keyfiyyətli şəkildə çatdırılmasına imkan verir. Pomidor keyfiyyətini itirməmək üçün ticarət şəbəkələrinə əsasən üstübağlı maşınlarda daşınmalı və qısa müddətdə istehlak yerinə çatdırılmalıdır.
Pomidorun keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşünü nəzərdən keçirilməli, məhsulun qablaşdırılması, daşınması, saxlanılması və s. mərhələlərində müvafiq standartların və normativ-texniki sənədlərin tələblərinə əməl olunması yoxlanılmalıdır. Кeyfiyyətcə pomidor meyvəsi təzə, təmiz, bütöv, sağlam, zərərvericilərlə zədələnməmiş olmalıdır. Tərкibində quru maddələrin miqdarı 8%- dən az olmamalıdır.
Mağazalarda qablaşdırılmış şəkildə satılan pomidorlar içərisindən keyfiyyətsiz mal aşkar olunarsa onları daha keyfiyiyətlisi ilə dəyişmək hər bir alıcının hüququdur.
Ticarət şəbəkələrindən pomidor alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə, saxlanma müddətində əmələ gələ bilən firioloji xəstəliklərin əlamətlərinə və s. kimi məsələlərə diqqət edin. Ticarət obyektlərində xarici görünüşcə normal, lakin faydalı vitaminlərlə zəngin olmayan, geni dəyişdirilmiş məhsullar satıla bilər. Bu kimi hallardan sığortalanmaq üçün mənşəyi məlum olmayan pomidor almaqdan çəkinin.

Qorqud





 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı
08.12.2018
Xaşın sağlamlıq üçün inanılmaz faydaları
07.12.2018
Quş qripi ilə bağlı xəbərdarlıq
07.12.2018
Xarkov vilayətində qrip və kəskin respirator virus infeksiyasına görə əlliyə yaxın məktəb bağlanıb
06.12.2018
Sinqapur dünyada şirin qazlı içkilərdən imtina edən ilk ölkə ola bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info