Səfirlik Luqansk və Donetsk vilayətlərində yaşayan azərbaycanlıları bu bölgəni tərk etməyə çağırıb
Tarix: 08.08.2014 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Luqansk və Donetsk vilayətlərində yaşayan azərbaycanlıları həmin bölgəni təcili tərk etməyə çağırıb. Azərbaycan Daxili İşlər Nazirliyinin səfirlikdəki nümayəndəsi Şahin Ocaqov bildirib ki, müraciətdə münaqişə bölgəsində yaşayan azərbaycanlılara oranı tərk edərək ən azı Ukraynanın qərbinə köçmələri məsləhət görülüb. O deyib ki, həmin bölgənin bir hissəsi tamamilə nəzarətdən çıxdığı üçün orada baş verən hansısa hadisənin səbəblərinin müəyyənləşdirilməsi və nəticələrinin aradan qaldırılmasına yardım etmək mümkün deyil.
Ş. Ocaqov Luqanskda öldürüldüyü bildirilən Azərbaycan diasporunun rəhbərlərindən biri, iş adamı Telman Cəfərov haqqında da danışıb: “Biz bununla əlaqədar Ukrayna Xarici İşlər Nazirliyinə, güc strukturlarına və beynəlxalq təşkilatlara müraciət etmişik. Hazırda onun barəsində dəqiq məlumat əldə etmək üçün çox çalışırıq. Təəssüf ki, həmin ərazi münaqişə bölgəsi olduğu üçün müdaxilə etmək mümkün olmur”.
Xatırladaq ki, iyulun 30-da Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı Telman Sədi oğlu Cəfərovun separatçılar tərəfindən pulemyotla atəşə tutularaq öldürüldüyü barədə xəbər yayılıb. Hadisə həmin gün axşam saatlarında Luqansk yaxınlığındakı Kamenko kəndinin ətrafında baş verib. T. Cəfərovun meyitinin separatçıların nəzarəti altındakı ərazidə qaldığı xəbər verilir. T. Cəfərovla birlikdə olan Mahir, Nurəddin və Eldar adlı azərbaycanlılar separatçıların açdığı atəş nəticəsində yaralanıblar. Məlumata görə, T. Cəfərov və onun azərbaycanlı tanışları həmin ərazidə fermer təsərrüfatlarına aid heyvanları çıxarmaq istəyərkən hücuma məruz qalıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info