Neftçalada gənclər nikah aktını Heydər Əliyev Mərkəzində imzalayıb
Tarix: 09.08.2014 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilib.
Yeni ailə quran Tofiq və Günay Bayramovlar öz doğmaları ilə birlikdə əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Mərasimdə ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından söhbət açılıb, yeni ailə quran cütlüyə xoş arzular çatdırılıb. Sonra Mərkəzin geniş və yaraşıqlı foyesində nikah aktının imzalanması mərasimi olub. Çıxış edənlər bəylə gəlini həyatlarında baş verən ən əlamətdar və unudulmaz hadisə münasibətilə təbrik edib, onlara ailə səadəti arzulayıblar. Yeni ailə quranlar və onların doğmaları bu günün onların həyatında əlamətdar hadisə olduğunu və nikah mərasimini Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını vurğulayıb və dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonda yeni ailə quranlara Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info