“Rusiyanın ərzaq boykotundan ən çox zərəri Avropa çəkəcək”
Tarix: 09.08.2014 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


«Meyvə - tərəvəzi hədəf seçməsi ilə Rusiya Avropanın ən həssas sahəsinə zərbə endirmiş oldu». Bu fikirlər “Forbes”in icmalçısı Marsel Mayklsonun qənaətidir. Aydınlıq üçün o əlavə edir ki, Avropa Rusiyadan idxal edilən qaz müqabilində oraya xeyli miqdarda qida məhsulları ixrac edir.
Rusiyanın Avropa mallarına qoyduğu embarqo «ya Qərbi Avropanın əsas bazarlarında qiymət dempinqinə, ya hökumət subsidiyaları üçün fermerlərin tələblərinə, ya da hər iki səhəyə təsirsiz ötüşməyəcək». Müəllif əlavə edir ki, Avropa bazarlarında vəziyyət əvvəllər də çox gərgin olub. Belə ki, fermerlər tələb edirdilər ki, əsas pərakəndə satış qiymətləri qaldırılsın.
Əlbəttə, meyvə ixracının azalması nəticəsində qiymətlərin düşməsi deflyasiyaya səbəb ola bilər və bu, Avropa Mərkəzi Bankı üçün problemlər yaradar. Təbii ki, bu da iqtisadiyyatı stimullaşdırmaq üçün tərəfdaşlar arasında yeni mübahisələrə səbəb ola bilər.
Mayklson bildirir ki, Rusiyadakı istehlakçıların Avropa mallarınının əldə edilməsi imkanından məhrum edilməsi ölkədə qiymətlərin qalxması ilə müşahidə ediləcək. Çox güman ki, bu da istehlakçılar tərəfindən böyük etirazlarla qarşılanacaq.
Bundan əlavə, ticarət sanksiyaları - münaqişənin kəskinləşməsi istiqamətində daha bir addımdır və Mayklsonun qənaətincə bu, tədricən «Qərbi Avropadakı sülh dövrünə son qoya bilər».
Bütün bunlarla yanaşı, müəllif cari ticarət sanksiyalarının çox uzun dövr üçün həyata keçiriləcəyinə inanmadığını da bildirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək
19.04.2019
İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib
19.04.2019
‘‘Türkiyәnin tәhlükәsizliyinә әhәmiyyәt veririk’’
19.04.2019
Malinin baş naziri və hökuməti istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info