Azərbaycanlı tələbə və şagirdlər Rusiyaya tanışlıq gəzintisinə gediblər
Tarix: 09.08.2014 | Saat: 01:50:00 | E-mail | Çapa göndər


Azərbaycanı təmsil edən 45 tələbə və şagird - Rusiya tarixi və mədəniyyəti barədə biliklərə dair olimpiadaların və yaradıcılıq müsabiqələrinin, “Mədəniyyət ili”nə həsr olunmuş rus dili və ədəbiyyatı üzrə respublika olimpiadasının qalibləri, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi nəzdində “Sozvezdiye” yaradıcı gənclər klubunun üzvləri Rusiyaya maarifləndirici tanışlıq gəzintisinə yola düşüblər.
RİMM-in mətbuat xidmətindən bildiriblər ki, uşaqları dörd təcrübəli müəllim - Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina, RİMM-in metodisti Olesya Alyonina, Naxçıvan şəhərindəki 3 nömrəli ümumtəhsil məktəbinin direktoru Ülkər Möhsümova və Şirvan şəhərinin təhsil şöbəsinin nümayəndəsi Elçin Həsənov müşayiət edirlər. Tələbə və şagirdlər Moskva, Vladimir, Suzdal və Sergiyev Pasad şəhərlərində olacaq, tarix və mədəniyyət abidələri tanış olacaqlar. Onları Rusiya və MDB ölkələrindən olan yaşıdları ilə yeni maraqlı tanışlıqlar gözləyir. Rusiya Xarici İşlər Nazirliyi və “Rossotrudniçestvo” agentliyinin həyata keçirdiyi səfər ənənəvi “Salam, Rusiya!” layihəsi çərçivəsində təşkil edilib.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info