TUMİB Masallı şəhərində “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı konfrans keçirdi
Tarix: 09.08.2014 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi(TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti görüş Masallı şəhərində keçirildi. Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə davam etdi.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin(TUMİB) sədri Çingiz Bayramov isə öncə layihə haqqında iştirakçıları məlumatlandırıb. TUMİB sədri bildirib ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində indiyə kimi Qazax, Ağstafa, Şəki, Quba şəhərlərində yaşayan gənclərin iştirakı ilə konfranslar keçirmişik. Gənclərin yaradıcılıq imkanlarını üzə çıxarmaq üçün layihə çərçivəsində şeir, mahnı, rəsm və yazı müsabiqələrinin keçirilməsi planlaşdırılır”.
Ç.Bayramov qeyd edib ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olmaqla yanaşı həm də Azərbaycançılıq ideologiyasının banisidir. Hər bir Azərbaycan gənci Heydər Əliyev irsini dərindən öyrənməlidir.
Layihənin eksperti, TUMİB-in İdarə Heyətinin üzvü Seymur Verdizadə son günlər cəbhədə baş verən hadisələrdən danışaraq, Azərbaycan əsgərlərinin qəhramanlıqlarından bəhs etdi. Natiq əlavə etdi ki, hər bir Azərbaycan gənci Mübariz ruhlu olmalıdır.
Tədbirdə çıxış edən Masallı Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ulu öndər Heydər Əliyevin fikirlərini gənclərə çatdıraraq dedi ki, ümummilli lider gəncləri Azərbaycanın gələcək qurucuları adlandırmışdır. C. Manafov qeyd etdi ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və kefiyyətcə yeni mərhələni yaşamaqdadır. Cənab Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Daha sonra digər çıxış edənlər mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. İştirakçıların sualları cavablandırıldı. Tədbirin sonunda iştirakçılara TUMİB-in fəxri diplomları təqdim olundu.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info