Pensiya vəsaitlərinin maliyyə bazarına cəlb olunması gündəmdədir
Tarix: 11.08.2014 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Qeyri-dövlət pensiya təminatının və sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi pensiya vəsaitlərinin maliyyə bazarına cəlb olunması və investisiyalara yönəldilməsini aktuallaşdırır. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev məlumat verib. E.Mehdiyev bildirib ki, qeyd edilən sahənin formalaşdırılması və inkişaf etdirilməsində yerləşdirilən vəsaitlərin qorunması, investisiya portfelinin strukturunun etibarlılıq, gəlirlilik, diversifikasiya, likvidlik və digər vacib amillər əsasında müəyyən edilməsi, peşəkar idarəetmə sisteminin, habelə məlumat açıqlığının və şəffaflığın təmin edilməsi və sair bu kimi başlıca prinsiplərin əsas götürülməsi zəruridir. DSMF sədri həmçinin diqqətə çatdırıb ki, beynəlxalq praktikaya əsasən pensiya vəsaitlərinin yerləşdirilməsi ilə bağlı investisiya siyasəti müəyyənləşdirilərkən bir sıra mühüm əhəmiyyət kəsb edən amillərin mümkün təsiri diqqətlə öyrənilməlidir. Belə ki, bir tərəfdən pensiya sistemlərinin öz iştirakçılarını gələcəkdə yüksək pensiya gəliri ilə təmin etmək məqsədi daha aktiv investisiya fəaliyyətini stimullaşdırır. Digər tərəfdən isə pensiya vəsaitlərinin qorunmasının təmin edilməsi vəsaitlərin yerləşdirilməsi üzrə müxtəlif məhdudiyyətlərin tətbiqini, ehtiyatlılıq prinsipinə əməl olunmasını zəruri edir. Qeyd edilən məsələlərin adekvat həlli üçün balanslaşdırılmış investisiya siyasətinin müəyyən olunması, habelə risklərin idarə edilməsi üzrə effektiv sistem və prosedurların işlənməsinin vacib olduğunu vurğulayan E. Mehdiyev deyib ki, bütün bunların hazırda fəaliyyət göstərən DSMF və Avropa İttifaqının birgə layihəsi çərçivəsində beynəlxalq ekspertlər tərəfindən araşdırılması nəzərdə tutulur.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info