“Bu gün itirən yalnız kirli siyasət və siyasətdən kənar güclər oldu
Tarix: 11.08.2014 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyip Ərdoğan rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) baş ofisinin balkonundan xalqa səslənib.
Ərdoğan Türkiyə xalqına ona göstərdiyi etimada görə minnətdarlığını bildirib.
O bildirib ki, bu gün ona səs verənlər kimi, səs verməyənlər də qazanıb: “Bu gün 77 milyon, 81 vilayət qazanıb. Bu gün yeni, böyük, öncül Türkiyə qazanıb”.
Ərdoğan deyib ki, türk milləti sadəcə Türkiyə Böyük Millət Məclisini, hökuməti deyil, həm də prezidenti təyin edən gücü əlinə keçirib: “Millət Türkiyənin istiqamətini artıq birbaşa özü müəyyənləşdirməyə başlayıb”.
Ərdoğan bildirib ki, o, yalnız ona səs verənlərin deyil, 77 milyonluq Türkiyənin prezidenti olacaq: “Bu gün itirən yalnız kirli siyasət və siyasətdən kənar güclər oldu, onlar ibrətlik dərs aldılar”
Ərdoğan müxlaifətin bu gündən etibarən öz siyasətinə yenidən baxacağına inandığını bildirib: “Yeni Türkiyə ilə uzlaşan bir müxalifət və siyasət tərzinin inşa ediləcəyinə inanıram”.
Ərdoğan ona səs verməyənlərə və müxaliflərinə də səslənib: “Bu gün yeni bir toplumsal uzlaşma mərhələsini birlikdə başlayaq. Köhnə müzakirələri köhnə Türkiyədə qoyaq”.
Ərdoğan ölkəsindəki etnik xalqlara və fərqli düşüncə sahiblərinə də birlik mesajı verib: "Hamımız eyni əcdadın, eyni mədəniyyətin və tarixin övladlarıyıq. Siyasi görüşlərimiz, yaşam tərzimiz, məzhəblərimiz, dəyərlərimiz, etnik kökümüz və dillərimiz fərqli ola bilər, amma hamımız bu ölkənin övladlarıyıq, ay-ulduzlu bayrağın kölgəsi altındayıq, bu dövlətin sahibləriyik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Türkiyədə son üç il ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyat keçirilib
15.07.2019
Filippin təşvişdə - Qorxulu xəstəlikdən ölənlərin sayı artır
15.07.2019
Tanınmış idmançıların olduğu təyyarə qəzaya uğradı - Çox sayda ölü var: VİDEO
15.07.2019
Yunanıstan Juan Quaidonu Venesuela dövlət başçısı olaraq tanıdı
14.07.2019
“S-400“ zenit-raket komplekslərinin çatdırılması prosesi 2020-ci ilə qədər tamamlana bilər

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
4 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info