İraqda Baş nazir Prezidentə müharibə elan edir
Tarix: 11.08.2014 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


İraq ordusunun Baş nazir Nuri əl-Malikiyə sadiq dəstələri Bağdadın hökumət məhəlləsini nəzarətə götürüb. Strateji obyektlər əhatəyə alınıb. Ölkədən çıxışa ciddi şəkildə nəzarət olunur. Küçələrə tanklar çıxarılıb.
“Euronews” telekanalının məlumatına görə, qoşunlar Bağdada Nuri əl-Malikinin televiziyadakı müraciəti ilə eyni vaxtda çıxarılıb. O, ölkə Prezidenti Fuad Massuma faktiki olaraq müharibə elan edərək deyib: “Mən bu gün öz siyasi məqsədləri naminə Konstitusiyanı pozan, məkrli maraqlarını İraq xalqının mənafeyindən üstün tutan Prezidentə qarşı federal məhkəməyə rəsmi ərizə verəcəyəm”.
Əl-Maliki vəzifədən getmək istəmir və açıq şəkildə bəyan edir ki, kabinetə üçüncü müddətə rəhbərlik etməyə hazırdır. Eyni zamanda, Kürd Milli Koalisiyası onun namizədliyini dəstəkləməkdən imtina edir. Həmin koalisiyanın liderlərindən biri məhz prezident Fuad Maasumdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info